Laçınlılar artıq öz seçimlərini ediblər
06.10.2013 [15:58]
Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Laçın rayonundan olan qaçqın və məcburi köçkünlərin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) 9 oktyabrda keçiriləcək prezident seçkilərində namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası partiyamızın Laçın rayon təşkilatı tərəfindən də uğurla davam etdirilir. Kampaniya çərçivəsində dünən rayon əhalisinin böyük əksəriyyətinin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində möhtəşəm mitinq-konsert keçirilib.
Mitinqi giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli bildirib ki, son 10 il ərzində ölkəmizdə geniş quruculuq-abadlıq işləri həyata keçirilib: “Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanıb. Son on ildə dövlət başçısı Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Ölkə rəhbərinin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son on ildə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında dahi Heydər Əliyevin siyasi kursu dayanır. Dövlət başçımız ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirib, xalqın etimadını Öz əməli fəaliyyəti ilə doğruldub. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır. Laçınlılar bunu bilir və ona görə də artıq öz seçimlərini ediblər”.
Daha sonra Milli Məclisin deputatı Nazim Fərəcov çıxış edərək qeyd edib ki, Ümummilli liderimizin yaratdığı təməl və qoyduğu prinsiplər əsasında Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarıb: “İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində çox böyük işlər görülüb, Azərbaycan ölkə Prezidentinin rəhbərliyi ilə çox böyük uğurlara imza atıb. İstər iqtisadi inkişaf, istər tikinti-abadlıq, quruculuq, istərsə də digər sahələrdə böyük addımlar atılıb. Hər bir sahədə uğurlar göz önündədir. Biz bu reallıqlara dövlət başçımızın uğurlu, ardıcıl siyasəti nəticəsində nail ola bilmişik. Əldə olunan bu nailiyyətlər əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına zəmin yaradıb. Bu gün hər bir azərbaycanlı öz gündəlik həyatında bunu görür və hiss edir ki, onun həyatı günbəgün daha da yaxşılaşır. Bu da xalqımızın Prezidentimizə inanmasına və Onu dəstəkləməsinə səbəb olur”.
Seçki qərargahının üzvü Arif Feyzullayev, Murad Huseynov və Abuzər Abuzərov çıxış edərək bildiriblər ki, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” - deyən İlham Əliyev ötən illər ərzində Öz fəaliyyətində, sözün əsl mənasında, hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edərək sosial həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində çoxlu mühüm addımlar atıb: “Əlbəttə, biz 9 oktyabrda seçki məntəqələrinə gedərək cənab Prezidentimizə səs verəcəyik”.
Daha sonra tədbir incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam etdirilib.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

