Azərbaycanın bugünkü uğurlarının davamı naminə cənab İlham Əliyevə səs verəcəyik!
06.10.2013 [15:55]
YAP Xətai rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü keçirib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib. Tədbiri giriş sözü ilə açan, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov hər bir dövlətdə seçki prosesinin mühüm kampaniya olduğunu bildirib. Qeyd edib ki, partiyamızın bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 9 okyabrda xalqımız hamılıqla prezidentliyə namizəd İlham Əliyevə səs verəcək. Xətai rayon təşkilatının sədri Ümummilli lider Heydər Əliyevin zəngin siyasi kursunun ən layiqli davamçısı, praqmatik siyasəti ilə xalqın inam və etimadını qazanmış İlham Əliyevin ölkəmizdə alternativsiz lider olduğunu bir daha vurğulayıb. Xalqımızın öz liderinə olan sədaqətinin qarşıdan gələn seçkilərdə də açıq ifadəsinin şahidi olacağımıza əminliyini ifadə edən H.Mirələmov Xətai seçicilərinin hər zaman dövlətə və dövlətçiliyə sadiq olduğunu, bunu cənab İlham Əliyevə böyük dəstək nümayiş etdirərək prezident seçkilərində aktiv iştirakları ilə bir daha sübüt edəcəklərini söyləyib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı akademik İsa Həbibbəyli Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin böyük uğurlar əldə etdiyini bildirib. Akademik çıxışında təhsilə göstərilən diqqət və qayğını vurğulayaraq, təhsilin inkişafı ilə bağlı dövlət proqramlarına nəzər salıb: “Dövlətimizin təhsil siyasəti Azərbaycanın gələcək inkişafı üçün sağlam təməl formalaşdırıb. Bu siyasət çərçivəsində həm ölkədə təhsilin səviyyəsi qaldırılır, həm də bu sferada infrastruktur, maddi-texniki baza möhkəmləndirilir. Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil siyasəti Azərbaycanı regionun intellektual mərkəzinə çevirir”.
YAP Siyasi Şurasının üzvü İ.Həbibbəyli çıxışının sonunda seçiciləri seçkilərdə fəal olmağa və cənab İlham Əliyevə səs verməyə, təhsilimizi daha da yüksəkliyə qaldırmağa çağırıb.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, professor, “Şöhrət” ordenli İzzət Rüstəmov son 10 ildə Azərbaycanın sürətlə inkişaf etdiyini və xalqımızın maddi rifah halının daha da yaxşılaşdığını vurğulayıb: “Mən sizi bir ziyalı kimi Azərbaycanı uğurlu sabaha, gələcəyə aparan, xalqımızı bütün bəlalardan qoruyan cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Professor İ.Rüstəmov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kurs Azərbaycanın inkişafının yeni mərhələsidir: “Cənab İlham Əliyevin son 10 ildə, Prezident olduğu dövrdə gördüyü işlər bunu deməyə əsas verir. Fəaliyyətinin hər anında milli mənafenin qorunması uğrunda mübarizə aparan cənab İlham Əliyev yalnız millətinin və dövlətinin rifahı uğrunda çalışır”.
Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrindən danışıb. V.Abbasov deyib ki, cənab İlham Əliyev ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirib, Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır: “Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərin uğurla davam etdiyini bildirib. Ölkəmizin dinamik inkişafından, Azərbaycanın son 10 ildə əldə etdiyi böyük uğurlardan danışan V.Rəhimzadə görülən hər bir işin Azərbaycanın işıqlı gələcəyi, onun vətəndaşı üçün olduğunu diqqətə çatdırıb. “İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə vurğulayıb ki, hər bir azərbaycanlının seçimi şübhəsiz ki, sabit, əmin-amanlığın hökm sürdüyü, dinamik inkişaf edən, dünya dövlətləri ilə rəqabət aparmaq gücündə olan bir dövləti və bu uğurları təmin edən siyasi kursu dəstəkləməkdir: “Bugünkü Azərbaycanın nailiyyətləri əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu kimi, eyni dərəcədə də Ümummilli liderin siyasi kursunun cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə və ardıcıllıqla həyata keçirilməsi nəticəsində təmin olunmaqdadır. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mükəmməl bir siyasət həyata keçirilir, mükəmməl dövlət idarəçiliyi modeli formalaşıb”.
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin Azərbaycana nə qədər böyük uğurlar qazandırdığını görməmək mümkün deyil. V.Rəhimzadə qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də xalqımızın cənab İlham Əliyevə böyük dəstək olacağını vurğulayaraq, Xətai rayon ictimaiyyətinin seçkidə həmişə olduğu kimi, bu dəfə də aktivlik nümayiş etdirəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Xətai rayon Ağsaqqallar Şurasının sədri Qurbanəli Əlizadə, rayon Ağsaqqallar Şurasının sədr müavini, professor Adil Babayev, Voleybol üzrə Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının baş məşqçisi Tatyana Karjova, “Şöhrət” ordenli, Əməkdar idman xadimi Hicran Şərifov, Paralimpiya çempionu, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Ramin İbrahimov və digərləri vurğulayıblar ki, bu gün cəmiyyətimizdə haqlı bir düşüncə formalaşıb ki, müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Çıxış edənlər bildiriblər ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mükəmməl bir siyasət həyata keçirilir, mükəmməl dövlət idarəçiliyi modeli formalaşıb. Azərbaycan bu gün bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir. Natiqlər bu uğurların davamlılığı üçün Azərbaycan xalqının Prezident İlham Əliyevə növbəti dəfə səs verəcəklərini vurğulayıblar.
AQŞİN
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59

