Qubadlıya qayıdış – Tariximizin yenidən yazıldığı gün
24.10.2025 [18:50]
Oktyabrın 25-də Qubadlının işğaldan azad edilməsinin beşinci ilini qeyd edirik. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin hücumu nəticəsində işğal edilmişdir. Onda Qubadlı şəhəri və rayonun 94 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, rayonun 30 minə yaxın əhalisi yurd-yuvasından didərgin düşmüşdür.
Qubadlının işğaldan azad olması strateji cəhətdən çox vacib idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Fəxrlə deyə bilərik ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərməyi bacardı.
44 günlük Vətən Müharibəsində Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər.
Zəfərdən sonra 2020-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.
Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid oldu. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Prezident İlham Əliyevin tarixi Qələbə günlərimizi əbədiləşdirmək məqsədi daşıyan 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən edildi. Bununla da tariximizə şanlı Qələbəmizi əks etdirən daha bir möhtəşəm gün əlavə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demək olar ki, hər ay işğaldan azad olunmuş bölgələrimizə səfər edir. Müharibədən beş ilə yaxın vaxt keçməsinə baxmayaraq bu ərazilərdə yeni infrastruktur layihələrinin əsasını qoyulur, təməlqoyma mərasimləri keçirilir. 2020-ci il dekabrın 23-də Qubadlıda şanlı Azərbaycan Bayrağını yüksəldən Müzəffər Ali Baş Komandan 2021-ci il 25 oktyabr tarixində rayona səfər edərək Xanlıq-Qubadlı yolunun təməlqoyma, “Qubadlı” yarımstansiyasının və Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib. Prezident həmin gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Digər ərazilərimiz kimi, Qubadlının da inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev 2022-ci ilin oktyabrında rayonda “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
2023-cü ilin mayında isə Prezident İlham Əliyevin iştirakı ilə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəbin, Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirilib.
2021-ci il oktyabrın 25-də Prezident İlham Əliyev tərəfindən imzalanan “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncam Qubadlı şəhərinin yenidən qurulmasını təmin edəcək mühüm sənəddir. Hazırda Qubadlı rayonunda mühüm infrastruktur layihələri uğurla həyata keçirilməkdədir. Bütün bu layihələrin həyata keçirilməsi Qubadlının sosial-iqtisadi inkişafını və rayon sakinlərinin öz doğma yurd yerlərinə qayıdışını təmin edir.
Bu gün Qubadlıya qayıdan insanlar yalnız evlərinə deyil, tarixin ədalətinə də qayıdırlar. Yenidən qurulan şəhərdə həyat yenidən qaynayır. Qubadlı indi qələbənin, yenidən doğuluşun və milli həmrəyliyin rəmzidir. Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13

