Qubadlı gününün tarixi əhəmiyyəti və müasir inkişafı
24.10.2025 [20:26]
25 oktyabr Azərbaycan xalqı üçün xüsusi tarixi və mənəvi əhəmiyyətə malik bir gündür. Bu tarix Qubadlı şəhərinin və rayonunun işğaldan azad olunduğu, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş mühüm qələbə günüdür. Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində strateji və mənəvi baxımdan böyük önəm kəsb etmiş, Ordumuzun qəhrəmanlıq salnaməsində şanlı səhifə kimi yer almışdır.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi xalqımızın birliyinin, ordumuzun qüdrətinin və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin təntənəsi idi. Hərbi əməliyyatların gedişində Cəbrayıl, Füzuli, Zəngilan rayonlarının ardınca 25 oktyabr 2020-ci il tarixində Qubadlı şəhəri və rayon ərazisi də işğaldan azad edilmişdir. Bu qələbə düşmənə ağır zərbə vurmaqla yanaşı, Ordumuzun Laçın və Şuşa istiqamətində irəliləməsi üçün mühüm strateji üstünlük yaratmışdır.
Qubadlı şəhərinin azad olunması təkcə hərbi uğur deyil, həm də 27 il işğal altında qalmış bir bölgənin azadlığa qovuşması, doğma yurd yerlərinə qayıdış ümidlərinin reallaşması demək idi. Bu gün artıq həmin ümidlər gerçəyə çevrilir. Qubadlı rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, müasir infrastruktur layihələri icra olunur, sosial obyektlər, yaşayış binaları, məktəblər, səhiyyə müəssisələri və mədəniyyət ocaqları inşa edilir. “Ağıllı kənd” və “yaşıl enerji” konsepsiyası əsasında həyata keçirilən layihələr bu bölgənin dayanıqlı inkişafını təmin etməyə yönəlmişdir.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qubadlıya mütəmadi səfərləri dövlətin bölgənin dirçəlişinə verdiyi yüksək diqqətin bariz nümunəsidir. Hər bir səfər çərçivəsində yeni obyektlərin təməli qoyulur, yaşayış məhəllələrinin, məktəblərin və digər sosial infrastrukturun açılışları həyata keçirilir. Bu, həm də Qubadlının gələcək inkişafının aydın planının mövcudluğunu göstərir.
Qubadlının azad olunmasında iştirak etmiş qəhrəman hərbçilərimizin və şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim uca tutulur. Onların göstərdiyi şücaət, vətənpərvərlik və fədakarlıq Azərbaycan gəncliyi üçün örnəkdir. Qubadlı şəhərinin azad edildiyi gün münasibətilə hər il ölkə üzrə müxtəlif tədbirlər keçirilir, şəhid ailələri və qazilərimizə diqqət və qayğı göstərilir.
Bu gün Qubadlı təkcə azad edilmiş bir ərazi deyil, həm də Azərbaycanın yenidənqurma və inkişaf siyasətinin canlı nümunəsidir. Burada həyata keçirilən layihələr göstərir ki, dövlətin əsas məqsədi azad olunmuş torpaqlarda həyatın bərpası, əhalinin doğma yurdlarına təhlükəsiz və rahat şəkildə qayıdışının təmin edilməsidir.
25 oktyabr Qubadlı şəhəri günü xalqımızın zəfər iradəsini, dövlətimizin gücünü və milli həmrəyliyimizi təcəssüm etdirən bir gündür. Bu tarix Azərbaycan xalqının qürur mənbəyi, qəhrəman oğul və qızlarımızın qanı ilə yazılmış mübarizə tariximizin unudulmaz səhifəsidir. Qubadlı günü həm də gələcəyə inamın, dirçəlişin və əbədi Zəfərin rəmzidir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

