Seçkilərdə cənab İlham Əliyevin qələbəsinə inanırıq
05.10.2013 [11:33]
Nərimanov rayonunun seçiciləri bu fikirdədirlər
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Nərimanov rayonunda da uğurla davam edir. Kampaniya çərçivəsində dünən YAP Nərimanov rayon təşkilatı seçicilərlə növbəti görüş keçirib. Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev tədbir iştirakçılarını seçkilərdə fəal iştirak etməyə çağırıb. T.Tağıyev bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurlu inkişaf siyasəti həyata keçirilir. Onun sözlərinə görə, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir.
Tədbirdə “Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşı Ramiz Zeynalov çıxış edərək Ulu öndər Heydər Əliyev tərəfindən müasir Azərbaycanın güclü təməlinin qoyulduğunu bildirib. O qeyd edib ki, məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində ölkəmiz uğurla inkişaf edir. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin uğurlarının daha da artdığını deyən R.Zeynalovun fikrincə, bu gün iqtidarla xalq arasında güclü birlik var: “Bu da Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Cənab İlham Əliyev Azərbaycana uğurla rəhbərlik edir. Bu gün Prezidentimizə xalqımızın böyük rəğbəti, inamı var. Xalqımızın bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcəyinə şübhəmiz yoxdur. Şəxsən mən ailəm və yaxınlarımla birlikdə dövlət başçımıza səs verəcəyik”.
Qurumun digər əməkdaşı Tamilla Quliyeva çıxışında bildirib ki, seçkilərdə cənab İlham Əliyevə səs vermək vətəndaşlıq borcumuzdur. Onun sözlərinə görə, insanlar bu seçkilərdə düzgün seçim etməlidirlər: “Çünki bildiyimiz kimi, sapı özümüzdən olan baltalar var ki, qarışıqlıq yaratmaq istəyirlər. Azərbaycan xalqı müdrik xalqdır və bu seçkilərdə cənab İlham Əliyevə səs verməklə bütün dünyaya öz mövqeyini bəyan edəcək”.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev müasir Azərbaycanın Ümummilli lider Heydər Əliyevin qurduğu möhkəm təməllər üzərində inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin beynəlxalq arenada da mövqeyinin gücləndiyini deyən A.Əliyevin sözlərinə görə, Azərbaycanın inkişafını istəməyən qüvvələr olsa da, dövlət başçımızın qətiyyətli mövqeyi, siyasi iradəsi sayəsində belə qüvvələrin məqsədləri zərərsizləşdirilir. “Prezident İlham Əliyevin fəaliyyətində milli maraqlar ən başlıca yer tutur. Bu gün dövlət başçısının siyasəti nəticəsində Azərbaycanda bütün sahələr, iqtisadiyyat, mədəniyyət, elm, idman sahəsi yüksəlişdədir. Bu siyasətin davamlı olması üçün biz növbəti seçkilərdə də cənab İlham Əliyevə səs verməliyik. İnanırıq ki, belə də olacaq, xalqımız bir daha dövlətimizin başçısına etimad göstərəcək” - deyə, millət vəkili qeyd edib. A.Əliyev ölkəmizin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını, müdafiə sənayesinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, həmçinin Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsinə çevrildiyini də qeyd edib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycanın qazandığı uğurlardan ətraflı şəkildə bəhs edib. E.İbrahimov bildirib ki, bu illər ərzində ölkəmizin hər yerində abadlıq-quruculuq işləri gedib, bölgələrimizin siması dəyişib. Prezident İlham Əliyevin təbliğata ehtiyacı olmadığını deyən millət vəkilinin fikrincə, dövlət başçısının gördüyü işlər Ona xalqın inamını daha da gücləndirir. “Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Bu inkişaf da Prezidentimizin siyasətinin nəticəsidir. Ölkəmiz nəinki regionda, bütün dünyada sürətlə inkişaf etməkdədir. Azərbaycan, həmçinin, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. İnkişaf o yerdə baş verir ki, orada sabitlik olsun. Sabitlik və inkişaf baxımından da Azərbaycan dünyaya nümunədir. Bütün bu uğurların davamlı olması üçün “İlhamla irəli” şüarı ilə seçkilərə getməli, cənab İlham Əliyevə səs verməliyik” - deyə, E.İbrahimov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

