Ağdamlıların seçimi cənab İlham Əliyevdir
05.10.2013 [11:32]
Bakı şəhərində və Müşfiqabad qəsəbəsində məskunlaşmış ağdamlı seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində Bakı şəhərində və Müşfiqabad qəsəbəsində məskunlaşmış ağdamlı seçicilərlə silsilə görüşlər keçirilib.
Görüşləri giriş sözü ilə YAP Ağdam rayon təşkilatının məcburi köçkünlər üzrə ərazi ilk partiya təşkilatının sədri Akif Hüseynli açaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb: “Azərbaycan bu gün dünyada dinamik iqtisadi inkişafa malik olan, həmçinin, yerləşdiyi regionun lider dövləti kimi tanınır. Bütün bunları təmin edən amil cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətidir. Ona görə də bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Ağdam ictimaiyyəti hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və oktyabrın 9-da bir daha bu mövqeyimizi nümayiş etdirəcəyik”.
Daha sonra çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov ölkəmizin ötən 10 ildə keçdiyi inkişaf yolundan və əldə etdiyi nailiyyətlərdən danışıb. Millət vəkili qeyd edib ki, dövlətimizin başçısının həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının nəticələrindən bu gün hər bir Azərbaycan vətəndaşı bəhrələnir: “Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelinin müəllifidir. Azərbaycanın iqtisadi inkişafı hər bir sahənin tərəqqisində ifadə olunub. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət dövlətimizin gücünü artırmaqla yanaşı, hər bir vətəndaşın həyat şəraitini daha da yaxşılaşdırıb. Ona görə də, tərəddüdsüz qeyd edə bilərəm ki, bu gün seçicilərin əksəriyyəti cənab İlham Əliyevi dəstəkləyir. Ağdam ictimaiyyətinin də birmənalı seçimi cənab İlham Əliyevdir”.
Tədbirdə çıxış edən millət vəkili Bəxtiyar Əliyev isə qeyd edib ki, Azərbaycanın ötən 10 ildə keçdiyi inkişaf yoluna bələd olmaq üçün regionların dəyişən simasına və vətəndaşların sosial rifah halına baxmaq kifayət edir. “Əminliklə söyləmək olar ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi inkişaf modelinin əsasını qoyub. Bu model bir sıra inkişaf etmiş dövlətlər üçün də nümunə ola bilər, çünki öz sabitliyi və dinamikliyi ilə fərqlənir. Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması, bütövlükdə, inkişafa xidmət edən əməli tədbirlərin görülməsi məhz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Ona görə də biz bu seçkilərdə də cənab İlham Əliyevə səs verməli, Azərbaycanın parlaq gələcəyini müəyyən etməliyik” - deyə, B.Əliyev vurğulayıb.
Sonra seçicilərdən Səlim Əzimov, Arzu Rəhimov, Qabil Nağıyev və Tofiq Vəliyev çıxış edərək 9 oktyabr tarixində keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

