Mingəçevirlilər seçkilərdə cənab İlham Əliyevə alternativ görmürlər
05.10.2013 [11:25]
Mingəçevir şəhərində seçicilərlə növbəti görüş keçirilib
Oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Mingəçevir şəhərində seçicilərlə növbəti görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov cənab İlham Əliyevin təbliğatını aparmağın olduqca şərəfli və məsuliyyətli bir iş olduğunu söyləyərək deyib ki, Prezidentimizin gördüyü işlər, ölkəmizə qazandırdığı nailiyyətlər hər kəs tərəfindən qəbul və etiraf olunur: “O, 10 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, əsl azərbaycanlıdır və dövlətini, millətini, xalqını çox sevir. Ona görə də, 9 oktyabrda hər birimiz seçki məntəqələrinə gedərək Prezident İlham Əliyevə səs verməliyik. Biz Prezident İlham Əliyevə səs verməklə, öz gələcəyimizə səs verəcəyik”.
Çıxış edən AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev isə deyib ki, ölkəmiz öz iqtisadi tərəqqisi ilə inkişafın Azərbaycan modelini formalaşdırıb: “Ötən 10 il ərzində bütün sahələrdə ciddi uğurlar əldə edilib, Azərbaycan investisiya yatırılan ölkədən investisiya qoyan ölkəyə çevrilib. Onu da qeyd etmək istəyirəm ki, bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə maraq doğurur. Son 10 ildə ölkə iqtisadiyyatına 140 milyard dollar vəsait qoyulub ki, bunun da 50 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür”.
Azərbaycanda dövlət quruculuğu prosesinin bir çox ölkələrə nümunə olduğunu deyən millət vəkili əlavə edib ki, Azərbaycan demokratiya yolunda qətiyyətlə irəliləyir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasi-hüquqi islahatlar həyata keçirilir. Bu gün ölkəmizin dayaqları güclənir. Ona görə də xalq cənab İlham Əliyevə dərin inam və etimad bəsləyir. Zənnimcə, bu, seçkilərdə də öz əksini tapacaq”.
Bəhmən Nəcməddinov isə çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin gördüyü işlər nəticəsində ölkədə böyük nailiyyətlər əldə olunub. Onun sözlərinə görə, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti hər bir sahədə dinamik inkişaf edir: “Məhz bu inkişafa görə də, Azərbaycan regionda lider dövlətə çevrilib”.
Tədbirdə seçicilər Ağa Ağayev, Fətiş Kazımov və Mürvət Hümbətov çıxış edərək qarşıdan gələn seçkilərdə cənab İlham Əliyevə alternativ görmədiklərini və 9 oktyabrda yalnız Ona səs verəcəklərini vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

