Xızılılar 9 oktyabrda Prezident İlham Əliyevə səs verəcəklər
04.10.2013 [10:06]
Rayonun Şurabad qəsəbəsində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş Şurabad qəsəbəsinin seçiciləri ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev son dövrlərdə regionların sosial-iqtisadi inkişafı çərçivəsində atılan addımlardan danışıb. Onun sözlərinə görə, ötən 10 il ərzində ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da genişlənib, bölgələrimizin siması dəyişib və investisiya cəlbediciliyi artıb: “Ötən dövr ərzində regionlarda aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub, respublikamızda ərzaq təhlükəsizliyinin yaradılması prosesində mühüm uğurlar əldə edilib. Bu da təsadüfi deyil. Çünki ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası elə aqrar sahədən başlayıb, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meyilləri dayandırılıb, iqtisadi artıma və inkişafa nail olunub. Şübhəsiz ki, bunun da regionların sosial-iqtisadi simasının dəyişməsində mühüm rolu danılmazdır”.
“Hazırda Azərbaycanın digər regionlarında olduğu kimi, Xızıda da yolların, su xətlərinin çəkilməsi, qazlaşdırma, elektriklə təchizat və digər infrastruktur layihələri sürətlə həyata keçirilir. Bu isə təbii ki, əhalinin rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərir. Əhali də bunu bilir və ona görə də onların bir seçimi var, o da cənab Prezident İlham Əliyevdir” - deyə o, əlavə edib.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, 2003-cü ildən sonrakı dövrdə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub: “Bu illər ərzində respublikamızın bütün regionlarının simasının dəyişməsi, böyük infrastruktur şəbəkələri yaradılması, iqtisadiyyatın modernizasiyasının reallaşması ölkənin ümumi siyasi və sosial mənzərəsini dəyişdirib. Prezident İlham Əliyev respublikamızın keçid dövrünə son verməsinə və yeni innovativ inkişaf mərhələsinə qədəm qoymasına nail oldu. Hazırda Azərbaycanı yeni modern formada yüksək inkişaf proqnozları ilə irəliləyən güclü statusa malik ölkə kimi səciyyələndirmək daha düzgündür. Artıq bu, bir real faktdır ki, Azərbaycan iqtisadiyyatında iqtisadi artım hər il yüksəlir və artım templərinin əsas indikatorları MDB regionunda ən çox Azərbaycanda müşahidə olunur. Bunu isə hər bir Azərbaycan vətəndaşı görür və çox yüksək qiymətləndirir”.
Tədbirdə çıxış edən qəsəbə ağsaqqalı Arif Hüseynov, Şurabad qəsəbə orta məktəbinin müəllimi Şirəli Hüseynov bildiriblər ki, onlar artıq öz seçimlərini ediblər və onların seçimləri ölkə Prezidenti cənab İlham Əliyevdir: “Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli ordusu MDB çərçivəsində ən güclü ordulardan sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Hal-hazırda Azərbaycan Milli ordusunun büdcəsi Ermənistan dövlətinin büdcəsindən çoxdur.
Biz inanırıq ki, cənab Prezident İlham Əliyevin apardığı alternativsiz daxili və xarici siyasət nəticəsində torpaqlarımız düşmən işğalından azad olunacaqdır”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

