Qazax sakinləri inkişafımızın davamına səs verəcəklər
04.10.2013 [10:04]
YAP Qazax rayon təşkilatı seçicilərlə növbəti görüşlərini keçiriblər
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Kəmərli, Astanbəyli, Qaymaqlı və Çaylı kəndlərində keçirilib.
Görüşlərdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib. YAP rayon təşkilatının sədri deyib ki, Azərbaycan dövləti və Azərbaycan Prezidenti qarşıdakı illərdə əldə olunan bu uğurların davam etməsi istiqamətində yüksək qətiyyətlə fəaliyyət göstərir. Bunun üçün seçicilər oktyabrın 9-da seçki məntəqələrinə gedib ölkəmizin gələcək inkişafına-YAP-ın namizədi cənab İlham Əliyevə səs verməlidirlər: “Təkcə ötən il Prezident İlham Əliyev 30 dəfədən çox regionlarda səfərdə olub, 130-dan çox obyektin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Mən bu mənada Qazax rayonunda görülən işləri misal göstərə bilərəm. Son dövrdə rayonumuza olan diqqət rayon əhalisi tərəfindən böyük rəğbətlə qarşılanır”.
Çıxış edən “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev bildirib ki, Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı ölkəmizin yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəyini deməyə əsas verir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar Onun layiqli davamçısı, alternativsiz liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcəkdir: “Ötən 10 ildəki iqtisadi inkişafımız göz önündədir. Azərbaycan Respublikasının Prezidenti SSRİ dövründə banklarda qalan əmanətlərin qaytarılması ilə bağlı Fərman imzaladı. Bu Fərman ölkədə reallaşdırılan ən əhəmiyyətli sosial layihələrdən biri kimi dövlətin sosialyönümlü və vətəndaşların maraqlarını özündə birləşdirən siyasət həyata keçirdiyini və çoxminli əhali təbəqəsinin maddi və maliyyə durumuna, həmçinin, ölkə iqtisadiyyatının daha da aktivləşməsinə birbaşa təsir göstərəcək siyasi iradəni ortaya qoyduğunu bir daha təsdiq etdi”.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvləri Fərhad Mustafayev, Əhməd Dərgahquliyev və başqaları bildiriblər ki, bu gün Azərbaycan quruculuq meydanına çevrilib. Qeyd edilib ki, bütün seçicilər bu inkişafın davam etməsini istəyir və oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklər.
Çıxış edən seçicilər də Azərbaycan xalqının Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevi hər zaman dəstəklədiklərini diqqətə çatdırıblar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42

