Xızılılar tərəqqi və inkişafa səs verəcəklər
03.10.2013 [10:27]
Rayonun Yeni Yaşma və Giləzi qəsəbələrində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüşlər Yeni Yaşma və Giləzi qəsəbələrinin seçiciləri ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev deyib ki, cənab İlham Əliyev Özünün yüksək keyfiyyətləri, dövlət idarəçilik bacarığı sayəsində ötən dövr ərzində ölkə rəhbərliyinə alternativsiz lider olduğunu bir daha təsdiq edib. Açılan yeni iş yerləri, aparılan abadlıq və quruculuq işləri bu gün Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına çıxarmaqdadır. 10 il ərzində regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən Dövlət proqramlarının qəbulunu xüsusi vurğulayan F.Haqverdiyev deyib ki, aparılan siyasi kurs ölkəmizdə azad sahibkarlığın inkişafına da öz təsirini göstərib. F.Haqverdiyev vurğulayıb ki, sahibkarlığa yardım fondunun xətti ilə ölkəmizin müxtəlif yerlərində fəaliyyət göstərən insanlara yardımlar edilir, subsidiyalar verilir. Bu isə Azərbaycanda qeyri-neft sektorunun inkişafına yol açır: “Bu gün hər bir ölkə vətəndaşı yeni və müstəqil Azərbaycanın tarixində növbəti mühüm tarixi hadisənin canlı şahididir. 9 oktyabr prezident seçkilərində hər bir vicdanlı və gələcəyini düşünən Azərbaycan vətəndaşı ölkəmizin gələcəyinə, gələcək inkişafına, Ulu öndər Heydər Əliyev siyasi kursunun davamına səs verəcək”.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən dövr ərzindəki fəaliyyəti, Onun dövlət idarəçilik prinsipləri, siyasi kursa sadiqliyi qətiyyətlə belə deməyə əsas verir ki, ölkəmizin və dövlətimizin taleyi etibarlı əllərdədir: “Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həm daxili, həm də xarici siyasətdə çoxşaxəli inkişafa və uğurlara nail olunub. Artıq Azərbaycan xalqı və seçicisi əvvəlki seçici deyil. Ona görə də, xalq oktyabrın 9-da yekdilliklə Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcək”.
Yeni Yaşma qəsəbə orta məktəbinin müəlliməsi Raziyyə Şükürova bildirib ki, Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycanda təhsil dövlət başçısının daim himayəsi altındadır. Dövlət başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanıb, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülüb. Son illər təhsil sahəsində həyata keçirilən layihə və proqramlar xüsusi uğurları ilə seçilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ayrı-ayrı bölgələrdə təhsil infrastrukturunun yeniləşməsinə ciddi zəmin yaradıb, orta ümumtəhsil məktəblərinin bərpası və yenidən qurulması, habelə yeni məktəblərin tikintisi prosesi geniş vüsət alıb. Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün son dövrlər ölkədə xeyli işlər görülüb. Dövlət başçısı möhtərəm cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğı sayəsində yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, ümumi təhsil sistemində müxtəlif istiqamətlər üzrə islahatların aparılması təhsilimizin uğurlu gələcəyinə inamı artırır”.
YAP Giləzi qəsəbə ilk təşkilatının sədri Svetlana Rüstəmova da ölkəmizdə ötən dövrlər ərzində baş verən quruculuq və abadlıq işlərindən danışıb. O qeyd edib ki, insanların daha da yaxşı yaşaması üçün dövlətimiz əlindən gələni edir: “Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Elə buna görə də biz tərəqqiyə və inkişafa səs verəcəyik”.
Tədbirdə çıxış edən qəsəbə ağsaqqalları Əfsər Məmmədhəsənov, Hacı Xıdır Cabbarov ölkədə görülən işlərdən fərəh hissi ilə danışıblar və bütün qəsəbə sakinlərini 9 oktyabrda cənab Prezident İlham Əliyevə səs verməyə çağırıblar.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

