İtaliya ilə Azərbaycanın strateji tərəfdaşlığı iqtisadi inkişafın uğurlarında xəbər verir
07.10.2025 [19:04]
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Bakıda mətbuata bəyanatlarla çıxış etdilər. Bu mühüm görüş iki ölkə arasında çoxşaxəli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, xüsusən də iqtisadi və enerji sahələrində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Azərbaycan ilə İtaliya münasibətləri son on ildə strateji tərəfdaşlıq çərçivəsində sürətlə inkişaf edib. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.” Bu münasibətlər sadəcə diplomatik sənədlərlə məhdudlaşmır, real iqtisadi göstəricilərdə, qarşılıqlı ticarətdə və yeni layihələrdə öz təsdiqini tapır. İtaliya bu gün Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hər il artan ticarət dövriyyəsi münasibətlərin sabit iqtisadi zəminə söykəndiyini göstərir. Energetika sahəsində əməkdaşlıq Azərbaycan–İtaliya tərəfdaşlığının lokomotivi hesab olunur. Azərbaycan nefti İtaliyanın neft balansında birinci, qazı isə ikinci yerdədir. Bu fakt iki ölkənin qarşılıqlı enerji asılılığını deyil, etibarlı tərəfdaşlığını nümayiş etdirir. Xüsusilə Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi iki ölkə münasibətlərində strateji dönüş yaratdı. Cənab Prezident İlham Əliyev xatırladaraq bildirdi: “Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi.” Bu gün TAP və bütövlükdə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir – Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilmişdir.
Enerji əməkdaşlığı bununla bitmir. Azərbaycan Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı sahəsində də fəal əməkdaşlıq edir. Hazırlanan texniki-iqtisadi əsaslandırma yaxın illərdə Xəzər dibi ilə Orta Asiyadan Avropaya uzanacaq elektrik dəhlizinin gerçəkləşəcəyini göstərir. Bu layihə enerji əməkdaşlığını daha da genişləndirəcək və Azərbaycanı yeni strateji mərkəzə çevirəcək. Bununla yanaşı, iqtisadi əlaqələrin yeni istiqaməti kimi sənaye və təhsil sahələrində də addımlar atılır. İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirdiyi iri sənaye layihələri, eləcə də İtaliya–Azərbaycan Universitetinin təsis olunması münasibətlərin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını sübut edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi:
“İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur. Tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər.” Azərbaycan–İtaliya münasibətləri bu gün beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad, faydalı tərəfdaşlıq və humanitar əlaqələrin ahəngdar bir modelini təqdim edir. Cənab Prezident İlham Əliyev bu münasibətləri belə dəyərləndirdi: “Bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.” Bu örnək göstərir ki, uzaqlıq, coğrafi məsafə strateji maraqları və xalqların dostluğunu zəiflətmir, əksinə, onları daha da möhkəmləndirir.
Cənab Prezident İlham Əliyev və Prezident Sercio Mattarellanın Bakıda verdikləri bəyanatlar Azərbaycan–İtaliya münasibətlərinin gələcək xəritəsini də müəyyənləşdirir. Enerji əməkdaşlığından tutmuş təhsilə qədər bütün sahələrdə dinamik inkişaf iki ölkə arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. Bu gün Bakı ilə Roma arasında çəkilən dostluq körpüsü gələcək nəsillərin sabit, güclü və etibarlı əməkdaşlıq mühitində yaşamasına xidmət edir. Azərbaycanın iqtisadi inkişafına, Avropanın enerji təhlükəsizliyinə və xalqların qarşılıqlı yaxınlaşmasına təkan verən bu tərəfdaşlıq bir tarixi həqiqəti təsdiqləyir: Azərbaycan və İtaliya strateji tərəfdaşlıqla birləşərək yalnız bu günü deyil, sabahı da formalaşdırır və biz gələcəyə birlikdə addımlayırıq.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45

