Azərbaycan və İtaliya strateji tərəfdaşlardır
01.10.2025 [22:32]
Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri genişlənir, dostlarının və tərəfdaşlarının sayı artır. Bu səbəbdən ayrı-ayrı dövlətlər respublikamızın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir və Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafına xüsusi önəm verirlər.
1992-ci il yanvarın 1-də İtaliyanın Azərbaycanın müstəqilliyini tanıması və diplomatik münasibətlərin qurulması ikitərəfli əlaqələrin yeni mərhələsinə təkan verdi. 1997-ci ildə İtaliya Azərbaycanda, 2003-cü ildə isə Azərbaycan İtaliyada səfirlik açaraq münasibətlərin möhkəmlənməsi istiqamətində mühüm addımlar atdı. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin 1997-ci il 24–27 sentyabr tarixlərində İtaliyaya rəsmi səfəri zamanı siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlığı əhatə edən yeddi saziş imzalanaraq ikitərəfli əlaqələrin hüquqi bazasını formalaşdırdı.
O vaxtdan bəri Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiya, mədəniyyət və humanitar sahələrdə çoxşaxəli tərəfdaşlıq münasibətləri qurulub. Etibarlı dost və sülhsevər ölkə kimi tanınan İtaliya beynəlxalq öhdəliklərinə hörmətlə yanaşaraq Vətən müharibəsi dövründə Azərbaycanla həmrəylik nümayiş etdirdi. İtaliya mediası da bu dövrdə obyektiv mövqe sərgilədi. 2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan olunması ölkəmizə göstərilən etimad və rəğbətin bariz nümunəsidir.
Prezident İlham Əliyevin 2022-ci il 1–2 sentyabr tarixlərində İtaliyaya işgüzar səfəri iki ölkə arasında strateji tərəfdaşlığı daha da gücləndirdi. Bu münasibətlərin mühüm göstəricilərindən biri də tərəflər arasında imzalanmış iki strateji tərəfdaşlıq sənədidir. Azərbaycanın dəfələrlə bəyan etdiyi kimi, Vətən müharibəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyən dövlətlərin Qarabağın bərpa və quruculuq işlərində iştirakına geniş imkanlar yaradılır. Bu gün İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda ən fəal və uğurlu fəaliyyət göstərən şirkətlər sırasındadır.
Azərbaycanın xarici siyasətində İtaliya ilə münasibətlər mühüm yer tutur. İki ölkə arasındakı əlaqələr qarşılıqlı hörmət, faydalı əməkdaşlıq və möhkəm dostluq ənənələrinə əsaslanır. Dövlət başçılarının qarşılıqlı səfərləri isə münasibətlərin inkişafına güclü təkan verir.
Ümumiyyətlə, Azərbaycan və İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqı üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşı olan İtaliya ilə 2021-ci ildə ticarət dövriyyəsi 9 milyard ABŞ dolları təşkil etmiş, 2022-ci ilin ilk 8 ayında isə bu göstərici 11 milyard dollardan çox olmuşdur. Hazırda Cənubi Qafqaz ölkələri ilə İtaliya arasında aparılan ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür.
Azərbaycan və İtaliya arasında münasibətlər qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli əlaqələrin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə ardıcıl genişlənməsi bu dostluğun möhkəm təməl üzərində qurulduğunu göstərir. Azərbaycanın Avropada əsas tərəfdaşı kimi İtaliya ilə əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın möhkəmlənməsinə xidmət edir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22

