Hacıqabul seçiciləri Prezident İlham Əliyevə səs verəcək
29.09.2013 [10:39]
Rayonda 1000 nəfərdən artıq xüsusi təbliğat geyimli insanın iştirakı ilə yürüş-mitinq keçirilib
YAP Hacıqabul rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü davam etdirir. Kampaniya çərçivəsində rayonun Kolanı, Ələtli kəndlərində seçicilərlə görüş, o cümlədən, rayon mərkəzində 1000 nəfərdən artıq xüsusi təbliğat geymində olan insanın iştirakı ilə yürüş-mitinq keçirilib.
Görüşdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov seçicilərə YAP-ın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, rayonda görülən quruculuq işlərindən danışıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 10 il ərzində bütün sahələrdə uğurlar əldə edib: “Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır. Məhz bu inkişafın nəticəsidir ki, əhalinin təqaüdləri, maaşları ilbəil artır və bu da insanların firavan yaşamasına, sosial rifahının artmasına gətirib çıxarır. Ölkəmiz heç bir qurumdan, dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür”.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvü, YAP Hacıqabul rayon təşkilatının sədr müavini, rayon “Ziyalılar” cəmiyyətinin sədri Şükür Məmmədov bildirib ki, Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib. O deyib ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında yüksək sürətlə və hərtərəfli inkişaf edir. Bu inkişafın davamı üçün xalqımız oktyabrın 9-da seçki məntəqələrinə getməli və YAP-ın namizədi cənab İlham Əliyevə səs verməlidir.
Görüşdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının İdarə Heyətinin və təbliğat-təşviqat qrupunun üzvü Beydulla Qarayev Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan xalqının ən ağır problemlərin öhdəsindən gəldiyini, yeniliklərə imza atdığını önə çəkib: “Bu gün Azərbaycan xalqının qarşısında ən böyük problem Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsidir. Prezident İlham Əliyev bu istiqamətdə əsaslı şəkildə fəaliyyət nümayiş etdirir. Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün bütün dünya bu problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini önə çəkir”.
Tədbirdə gənclər adından çıxış edən YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin sədri Saleh Ələsgərov vurğulayıb ki, 2003-cü ildən etibarən Azərbaycanda yürüdülən gənclər siyasəti öz bəhrəsini verir. Bu gün minlərlə gəncimiz xarici ölkələrdə təhsil alır, ölkəmizdə gənclərlə bağlı dövlət proqramı həyata keçirilir. S.Ələsgərov bütün gəncləri Prezident İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər deyiblər ki, ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Hacıqabul sakinləri də rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də rayon seçiciləri 9 oktyabrda Prezidentimiz İlham Əliyevə səs verəcəklər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

