Milli müqavimətin başlanğıc nöqtəsi
26.09.2025 [21:19]
Toğrul Zeynalov,
YAP Ağdam rayon təşkilatının əməkdaşı
27 Sentyabr – Anım Günü, Azərbaycan xalqı üçün yalnız qəhrəman Şəhidlərimizi yad etmək günü deyil, eyni zamanda ədalətsizliyə, təcavüzə və illərlə davam edən erməni təxribatlarına qarşı milli müqavimətin başlanğıc nöqtəsini xatırladan bir gündür. Uzun illər boyunca Ermənistan tərəfindən həyata keçirilən təxribatlar, işğalçı siyasət və destruktiv davranışlar regionda sülh və sabitliyin qarşısında əsas maneəyə çevrilmişdir. Ermənistan təkcə 1990-cı illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etməklə kifayətlənməmiş, illər boyunca atəşkəsi sistemli şəkildə pozaraq Azərbaycan ordusuna və sərhəd yaşayış məntəqələrinə qarşı silahlı hücumlar həyata keçirmişdir. Xüsusilə, 2020-ci ilin iyul ayında Tovuz istiqamətində törədilən təxribatlar və sentyabr ayında cəbhə xətti boyunca genişmiqyaslı hərbi fəallıq, Ermənistanın münaqişəni dinc yolla həll etmək niyyətində olmadığını bir daha ortaya qoymuşdur. Bu təxribatlar nəticəsində həm hərbi qulluqçular, həm də mülki şəxslər həlak olmuş, Azərbaycan tərəfinin səbr kasası daşmışdır. Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları, xüsusilə "Qarabağ Ermənistandır və nöqtə" kimi çıxışlar danışıqlar prosesini tamamilə mənasızlaşdırmış, münaqişənin hərbi yolla həllinə zəmin yaratmışdır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə səbəb olan 44 günlük Vətən müharibəsinin təməlində məhz bu təxribatlar, beynəlxalq hüququn və danışıqların açıq şəkildə tapdanması dayanır. Azərbaycan, dəfələrlə Ermənistanı danışıqlara və sülhə çağırsa da, bu çağırışlar cavabsız qalmış, əvəzində cavab atəşi, raket zərbələri və təxribatlar olmuşdur.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu məqamları xüsusi vurğulayaraq bildirib ki, müharibəni başlayan tərəf Ermənistan olub və Azərbaycan sadəcə olaraq öz ərazi bütövlüyünü bərpa etmək, vətəndaşlarını qorumaq məqsədilə cavab tədbirləri görüb. Dövlət başçısı BMT, ATƏT və digər beynəlxalq təşkilatların mövqeyinə əsaslanaraq Azərbaycanın beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyini dəfələrlə qeyd etmiş, Ermənistanın təxribatçı siyasətinin konkret nümunələrlə ifşasını aparmışdır. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə və sonrasında verdiyi bəyanatlarda Ermənistanın danışıqları imitasiya etdiyini, "Qarabağ Ermənistandır" kimi iddialarla prosesə son qoyduğunu və nəticə etibarilə müharibəni qaçılmaz etdiyini açıq şəkildə ifadə etmişdir. Eyni zamanda o, bu müharibənin Azərbaycanın qanuni və legitim haqqı olduğunu vurğulamış, əks-hücum əməliyyatlarının məqsədinin yalnız işğala son qoymaq və regionda ədaləti bərpa etmək olduğunu bildirmişdir.
27 Sentyabr 2020-ci ildə baş vermiş genişmiqyaslı erməni hücumu isə artıq bıçağın sümüyə dirəndiyi an olmuş, Azərbaycan xalqı öz torpaqlarının müdafiəsi və ədalətin bərpası naminə bir yumruq kimi birləşərək haqq mübarizəsinə başlamışdır.Müzəffər ordumuz Ermənistan ordusuna Azərbaycanın nəyə qadir olduğunu ilk dəqiqələrdən göstərmiş ve düşmənin ordusu, zirehli texnikaları məhv edilərək mütləq qələbə qazanmışdır.Təbiiki hər bir döyüşdə,hər bir zəfərdə olduğu kimi bizimdə qələbəmiz itkilərsiz olmayıb. Qəhrəman Şəhidlərimizin qanı bahasına, igid Qazilərimizin canı bahasına, mərd,cəsur döyüşçülərimizin hünəri bahasına biz bu döyüşdə mütləq qələbə çaldıq. Allah bu günləri bizə yaşadan Şəhidlərimizə rəhmət etsin, Qazi və Veteranlarımıza sağlam can versin.
Xəbər lenti
Hamısına baxSiyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48

