Biz Prezident İlham Əliyevə səs verməklə, öz gələcəyimizə səs verəcəyik
29.09.2013 [10:36]
Ağdam seçicilərinin mövqeyi belədir
Oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdam rayonu Ergi qəsəbəsində seçicilərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan seçki qərargahının üzvü Hafiz Əzimzadə cənab İlham Əliyevin təbliğatını aparmağın olduqca şərəfli və məsuliyyətli bir iş olduğunu söyləyib. O, qeyd edib ki, Prezident İlham Əliyevin gördüyü işlər, atılan addımlar, dövlət başçısının ölkəmizə qazandırdığı nailiyyətlər hər kəs tərəfindən qəbul və etiraf olunur: “Cənab İlham Əliyev 10 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, o, dövlətini, millətini, xalqını çox sevir. Ona görə də 9 oktyabrda hər birimiz seçki məntəqələrinə gedərək Prezident İlham Əliyevə səs verməliyik. Biz Prezident İlham Əliyevə səs verməklə, öz gələcəyimizə səs verəcəyik”.
Çıxış edən Teyyub Nəcəfov isə deyib ki, Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın Azərbaycan modelini formalaşdırıb. “Ötən 10 il ərzində bütün sahələrdə ciddi uğurlar əldə edilib, Azərbaycan investisiya yatırılan ölkədən investisiya qoyan ölkəyə çevrilib. Onu da qeyd etmək istəyirəm ki, bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə maraq doğurur. Son 10 ildə ölkə iqtisadiyyatına 140 milyard dollar vəsait qoyulub”.
Azərbaycanda dövlət quruculuğu prosesinin bir çox ölkələrə nümunə olduğunu deyən natiq əlavə edib ki, Azərbaycan demokratiya yolunda qətiyyətlə irəliləyir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasi-hüquqi islahatlar həyata keçirilir. Bu gün ölkəmizin dayaqları güclənir. Ona görə də, xalq cənab İlham Əliyevə dərin inam və etimad bəsləyir. Zənnimcə, bu, seçkilərdə də öz əksini tapacaq”.
Görüşdə, həmçinin, Şahmar Rzayev və başqaları çıxış edərək 9 oktyabrda keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs vermək üçün seçiciləri fəal olmağa çağırıblar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19

