Mingəçevir seçicilərinin seçimi cənab İlham Əliyevdir
28.09.2013 [11:03]
Təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhər sakinləri ilə növbəti görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin Mingəçevir şəhəri üzrə seçki qərargahının təbliğat-təşviqat qrupu dünən seçicilərlə növbəti görüş keçirib.
Çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bildirib ki, Prezident İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib: “Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi liderlərindən biridir. Biz bir xalq, millət olaraq Onunla fəxr edirik. Və inanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən ölkə rəhbəri seçiləcək”.
C.Yusubov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrinin inkişaf etdiyini də bildirib. “Bütün görülən bu işlərin bundan sonra da davam etdirilməsi üçün sizləri 9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, növbəti 5 ilimizin qarantı olacaq İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram” - deyə, təşkilat sədri vurğulayıb.
Təbliğat-təşviqat qrupunun üzvü Əşrəf Əsgərov çıxış edərək bildirib ki, cənab İlham Əliyev 10 il ərzindəki fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha sübut edib: “Bu gün Azərbaycan seçicisi öz seçimini Prezident İlham Əliyevin lehinə etməlidir. Mingəçevir ictimaiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir”.
Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət son nəticədə təhsil və səhiyyə də daxil olmaqla, ümumən sosial sahədə genişmiqyaslı işlərin görülməsinə zəmin yaradıb: “Bu işlərin daha da inkişaf etməsi üçün biz mütləq bu seçkidə də cənab İlham Əliyevə səs verməliyik”.
Görüşdə digər çıxış edənlər prezidentliyə namizəd cənab İlham Əliyevin yürütdüyü siyəsət nəticəsində Azərbaycanın dünya arenasında yüksək səviyyədə tanınmasından, dünyada öz mövqeyini möhkəmləndirməsindən danışaraq, seçiciləri YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Öz növbəsində seçicilər də 9 oktyabrda ən layiqli namizədə cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

