Novxanılıların yeganə seçimi Prezident İlham Əliyevdir!
28.09.2013 [10:59]
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ölkənin bütün bölgələrində, şəhər, kənd və qəsəbələrində uğurla davam etməkdədir. Azərbaycanda 9 oktyabr tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş və izdihamlı mitinqlər keçirilir. Bunun əyani sübutunu Novxanı kənd sakinləri ilə keçirilmiş görüşdə bir daha gördük.
Prezident İlham Əliyevin namizədliyini müdafiə edən, Onu dəstəkləyən insanların mitinq və görüşlərə axını bir daha sübut edir ki, YAP-ın namizədi prezident seçkilərinin alternativsiz lideridir.
Görüşü giriş nitqi ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev kənd sakinlərini salamlayaraq 9 oktyabrda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini qeyd edib: “Bu gün ölkə, xalq üçün əhəmiyyətli olan siyasi proses ərəfəsində buraya toplaşmışıq. Prezidentliyə namizəd İlham Əliyevin Abşeron rayon üzrə seçki qərargahı artıq 3 aya qədərdir ki, fəaliyyət göstərir. Biz çalışırıq ki, builki seçkilər uğurla inkişaf edən, dünya dövlətləri arasında öncül sıralarda qərarlaşan Azərbaycanın nüfuzuna, gücünə layiq olsun. Bəzi qüvvələr öz məğlubiyyətlərini əvvəlcədən görərək çalışırlar ki, insanları seçkilərdən uzaqlaşdırsınlar. Amma təşkil olunan görüşlərə gələn insanların sayı bir daha onu sübut edir ki, xalq Prezident İlham Əliyevlədir, Onun siyasətini dəstəkləyir”.
Sonra çıxış edən millət vəkili İmamverdi İsmayılov isə deyib: “Bu gün biz Novxanı kənd sakinləri ilə çox gözəl bir gündə görüşürük. Bu görüşü biz Prezident İlham Əliyevi sevən və dəstəkləyən qədim Novxanı kənd sakinləri ilə keçiririk. Novxanı sürətlə inkişaf edən Bakı kəndlərindən biridir. Bu gün Azərbaycanda elə bir kənd, qəsəbə yoxdur ki, oranın yolu çəkilməsin, işığı, qazı olmasın. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir”.
Daha sonra çıxış edən millət vəkili Hacı Salayev söyləyib ki, Novxanı qədim yaşayış məskəni olmaqla yanaşı, tarixən bu kənddə formalaşmış adət-ənənə özlüyündə böyük əhəmiyyət kəsb edir: “Azərbaycanın bir çox görkəmli ziyalıları, mütəfəkkirləri - Süleyman Rüstəm, Əzim Əzimzadə və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə kimi şəxslər bu kəndin yetirməsi olublar. Əlbəttə ki, sizin hamınız bu regionda gedən siyasi prosesləri izləyirsiniz, nəticələrini görürsünüz. Ölkəmiz durmadan inkişaf edir. İnsanların sosial müdafiəsi gücləndirilir - maaşlar, müavinətlər davamlı olaraq artırılır. Yollar, elektrik və qaz xətləri çəkilir. Bu gün ölkədə yolu, qazı, işığı, məktəbi, xəstəxanası olmayan kənd, qəsəbə, rayon varmı? Əlbəttə ki, yox. Dünyada ikinci elə bir ölkə yoxdur ki, orada Azərbaycandakı kimi sürətli inkişaf getsin. Məhz bütün bu uğurların, nailiyyətlərin səbəbkarı Prezident İlham Əliyevdir”.
Sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, professor Sudeyf İmamverdiyev vurğulayıb ki, Novxanı kəndi özünün ziyalıları, professorları ilə tanınıb: “Azərbaycanın prezidentlik sükanı Ümummilli lider Heydər Əliyevdən sonra Prezident İlham Əliyevə keçməsi İlahinin xalqımıza, dövlətimizə olan hədiyyəsidir. Prezident İlham Əliyev Heydər Əliyev məktəbini keçən nüfuzlu və güclü bir siyasətçidir”.
Görüşün sonunda digər qonaqlar və kənd sakinləri Prezident İlham Əliyevi dəstəkləyəcəklərini və oktyabrın 9-də Ona səs verəcəklərini söyləyiblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

