/ / Ötən 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir çox tarixi uğurlara imza atıb
Ötən 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir çox tarixi uğurlara imza atıb
28.09.2013 [10:58]
Bərdə rayonunun Zümürxan və Hüseynalılar kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə seçki qərargahının üzvləri seçicilərlə görüşləri davam etdirirlər. Növbəti görüş dünən rayonun Zümürxan və Hüseynalılar kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən siyasət barədə ətraflı məlumat verib. Rayon təşkilatının sədri 9 oktyabr prezident seçkilərinin Azərbaycanda demokratiyanın növbəti təntənəsi olacağını vurğulayıb, azad, ədalətli, şəffaf şəraitdə keçiriləcək bu seçkilərdə də xalqın iradəsinin qələbə qazanacağına əminliyini ifadə edib: “Azərbaycan vətəndaşları cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir və Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər”.
Görüşlərdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva deyib ki, müstəqil Azərbaycan Respublikası özünün qısa, lakin şərəfli tarixinin mühüm bir dövrünə qədəm qoyur: “Son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş möhtəşəm nailiyyətləri davam etdirmək, sosial-siyasi və iqtisadi inkişafın daha yüksək səviyyəsinə ucalmaq baxımından ciddi vəzifələrin qarşıda durduğu hazırkı mərhələdə yeni seçiləcək prezidentin şəxsiyyətindən, onun ölkədə həyata keçirilən böyük quruculuq işlərini qətiyyətlə davam etdirmək bacarığından çox şey asılıdır. Belə şəraitdə hər bir Azərbaycan vətəndaşının, xüsusən, onun ziyalı təbəqəsinin üzərinə böyük məsuliyyət düşür”.
Millət vəkili qeyd edib ki, ötən 10 il ərzində ölkəmiz bir çox tarixi uğurlara imza atıb: “Onların ən böyüyü heç şübhəsiz, nəhəng səylər bahasına əldə olunmuş siyasi sabitlikdir. Bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi o kəsdir ki, cəmiyyətdəki stabilliyi qorumaqla, onun xaos və hərcmərclik girdabına yuvarlanmasına imkan vermədən müxtəlif islahatlar aparmağı bacarır. Möhtərəm Prezidentimiz İlham Əliyev bu illər ərzində məhz belə bir müdriklik və qətiyyət nümayiş etdirmişdir. Hesab edirəm ki, bu sabitliyi qorumaq əslində hər bir vətəndaşın borcudur”.
Gövhər Baxşəliyeva çıxışını “İlham Əliyev güclü Azərbaycanın-ictimai-siyasi sabitlik şəraitində sürətli iqtisadi inkişaf yolu ilə inamla irəliləyən milli dövlətimizin qarantıdır. Növbəti prezident seçkilərində Azərbaycan xalqının İlham Əliyevdən layiqli namizədi yoxdur” - sözləri ilə tamamlayıb.
Seçicilər qarşısında çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Arif Əliyev, partiya fəallarından rayon Qadınlar Şurasının sədri Rahilə Babayeva, həmçinin, kənd ziyalılarından Bəkurə Ağayeva Azərbaycan iqtisadiyyatının inkişafından danışıblar. Çıxışlarda qeyd olunub ki, Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib.
Öz növbəsində kənd sakinləri Bəhruz Ağayev, Cəmilə İsayeva, Sədiqə Məmmədova, Əli Quliyev, Sevil Zeynalova və başqaları son illərdə həyata keçirilən quruculuq işlərini dövlət başçısının insanlara diqqət və qayğısının nümunəsi adlandırıb, bu qayğıdan bərdəlilərə də pay düşdüyünü bildiriblər. Çıxışçılar həmçinin, insanlara rahat həyat bəxş edən bu siyasətin davamına tərəfdar olduqlarını, oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

