Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü qələbə salnaməsinin davamıdır
18.09.2025 [21:04]
Cənab Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Azərbaycan xalqının uzun və məşəqqətli mübarizəsinin nəticəsidir. Otuz ilə yaxın davam edən işğal, minlərlə qəhrəman övladımızın canı və qanı bahasına əldə edilən qələbə nəticəsində ölkəmizin tarixi torpaqları azad olundu. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün rəsmi şəkildə qeyd olunması həm də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün əbədi və dönməz olduğunu göstərən rəmzi hadisədir.
Suverenliyimizin bərpasından ötən iki ildə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə həyata keçirilən genişmiqyaslı işlərə, soydaşlarımızın bu torpaqlara qayıdışına diqqət yetirməklə xalqımızın nə qədər qurucu xalq olduğunu görür, bundan böyük qürur hissi keçiririk. Prezident İlham Əliyevin bu günlərdə Xocalı, Xocavənd rayonlarına, Xankəndi şəhərinə səfəri çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə qeyd etdiyi kimi, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq.
Bugünümüzün qürurverici hadisələrindən biri də budur ki, yalnız paytaxt Bakımız deyil, azad edilmiş torpaqlarımız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkana çevrilir. Bu baxımdan Xankəndi şəhəri də xüsusi diqqət çəkir. Bu il ənənəvi Şuşa Qlobal Media Forumu Xankəndi şəhərində keçirildi. Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə Xankəndi şəhəri ev sahibliyi etdi. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi. Prezident İlham Əliyev dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izlədi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi.
Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Şəhərlərimiz yenidən inşa olunur, kəndlərimiz bərpa edilir, yollar, tunellər, elektrik xətləri çəkilir. Bölgəyə həyat qayıdır, insanlar doğma yurdlarına qayıtmaq üçün səbirsizliklə böyük qayıdış proqramını gözləyirlər. Bu proses təkcə infrastruktur layihələri ilə məhdudlaşmır, həm də sosial, mədəni və iqtisadi inkişafın təməlini qoyur. Azərbaycanın əldə etdiyi bu tarixi qələbə təkcə hərbi gücün deyil, həm də milli iradənin, dövlət-xalq birliyinin nəticəsi idi. İndi ölkəmiz qalib dövlət kimi regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürür, yeni geosiyasi reallığın formalaşmasında aparıcı rol oynayır.
Samirə Zeynalova,
YAP Tərtər Rayon Təşkilatının mühasibi
Xəbər lenti
Hamısına baxDünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33

