Tərtərlilər seçkilərə “İlham Əliyevlə yeni zəfərlərə doğru” şüarı ilə gedirlər
27.09.2013 [10:11]
Bu fikirlər rayonun İlxıçılar, Azad Qaraqoyunlu və Qapanlı kəndlərində keçirilən görüşlərdə bir daha bəyan edilib
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Tərtər rayonu üzrə seçki qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq seçicilərlə görüşlər davam edir. Bu istiqamətdə növbəti görüş rayonun İlxıçılar, Azad Qaraqoyunlu və Qapanlı kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ölkəmizin tarixi mərhələ ərəfəsində olduğunu deyib. Oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini bildirən Ramiz Şabanov bu seçkilərdə cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib: “Dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını Öz siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirib, qarşıya qoyulan məqsədlərə çatmaq üçün çoxsaylı Dövlət proqramları, layihələr reallaşdırılıb. Azərbaycan iqtisadiyyatı şaxələndirilib, qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib. Son illər ölkənin sənaye, turizm, idman, ticarət və digər sahələrində ciddi irəliləyiş müşahidə olunmaqdadır. Hazırda Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanıb. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatıb. 9 milyondan çox əhalisi olan Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olub”.
Ramiz Şabanov çıxışını “Bir sözlə, son 10 ildə ölkəmizin əldə etdiyi uğurlar Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz buna görə də tərtərlilər seçkilərə “İlham Əliyevlə yeni zəfərlərə doğru” şüarı ilə gedirlər” sözləri ilə tamamlayıb.
Görüşlərdə çıxış edən millət vəkili Sahib Alıyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurların hər bir sahədə köklü dəyişikliklərlə müşahidə olunduğunu və bunun vətəndaşlarımızın həyatında öz əksini tapdığını bildirib: “Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir”.
Sakinlər qarşısında çıxış edən YAP Tərtər rayon təşkilatı Aparatının rəhbəri Kamil Məmmədov deyib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkənin sənaye, turizm, idman, bank fəaliyyəti, ticarət və digər sahələrində ciddi irəliləyiş müşahidə olunmaqdadır: “Məhz buna görə də, xalqımız növbəti dəfə cənab İlham Əliyevə səs verəcək”.
Görüşlərdə çıxış edən İlxıçılar kənd sakinləri - Alyoş Zeynalov, Naməddin Kərimov, Asif Hüseynov, Azad Qaraqoyunlu kənd sakinləri - Zabin Quliyev, Elmira Hüseynova, Məhəmməd Səfərov, Qapanlı kənd sakinləri - Kamran Əhmədov, Sabir Quliyev, Əlövsət Əliyev ölkədə aparılan quruculuq, abadlıq işlərinin Tərtərdən də yan keçmədiyini deyiblər. Çıxışlarda qeyd olunub ki, hazırda Azərbaycanın bütün rayonlarında, o cümlədən Tərtərdə də böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Bütün bu uğurların və inkişafın davam etməsi üçün isə tərtərlilər oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

