/ / YAP Binəqədi rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir
YAP Binəqədi rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir
26.09.2013 [10:59]
Növbəti görüş Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı Binəqədi rayonunda da təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti görüş dünən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilib.
Görüşü giriş sözü ilə açan, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov tədbirin respublikamız üçün əhəmiyyətli bir tarix ərəfəsində baş tutduğunu bildirib: “Bildiyiniz kimi, ölkəmiz mühüm bir siyasi proses ərəfəsindədir. 9 oktyabrda növbəti prezident seçkiləri keçiriləcək. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları olaraq bizim hər birimizin borcudur ki, bu seçkilərdə iştirak edək”.
Çıxışında ökədə tibb sahəsində mövcud inkişafdan da danışan Elmar Qasımov qeyd edib ki, hazırda tibb sahəsində böyük bir inkişaf gedir. Respublikanın hər bölgəsində yeni diaqnostika mərkəzləri açılır. O qeyd edib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində də böyük inkişaf var: “Əməkdaşlarımız xarici dövlətlərin tibb müəssisələrində ən müxtəlif kurslarda olurlar. Bu gün müşahidə etdiyimiz inkişaf və uğurlar möhtərəm Prezidentimiz İlham Əliyevin, Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır”.
Sonra o, hər kəsi seçkidə iştirak etməyə çağıraraq bildirib ki, qarşıdan gələn prezident seçkilərində bütün kollektiv cənab İlham Əliyevi dəstəkləyəcək və Ona səs verəcək.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bu görüşün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutmasının təqdirəlayiq hal olduğunu bildirib. O, ölkədə səhiyyənin inkişafında Mərkəzin xidmətlərini qeyd edib.
Ramiz Göyüşov deyib ki, bu gün səhiyyənin inkişafı dövlətin qarşısında duran prioritet istiqamətlərdəndir: “Ölkənin hər yerində ən müasir standartlara cavab verən diaqnostika mərkəzləri açılır, səhiyyə obyektləri əsaslı şəkildə təmir edilir. Bütün bunlar aparılan məqsədyönlü siyasətin nəticələridir”.
Öz çıxışında qarşıdan gələn prezident seçkilərinə toxunan Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə qələbə qazanacağına kimsənin şübhə etmədiyini bildirib: “Son 10 ildə Azərbaycan regionun liderinə çevrilib, nəhəng enerji layihələri reallaşıb. Mürəkkəb geosiyasi mövqeyə malik olan ölkəmiz uğurlu siyasət nəticəsində inkişaf edir. Biz bu uğurlara cənab İlham Əliyevin rəhbərliyi ilə nail olmuşuq”.
YAP Binəqədi rayon təşkilatının sədri çıxışının sonunda hər kəsi prezident seçkilərində aktiv olmağa və cənab İlham Əliyevə səs verməyə səsləyib.
Sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları Nübar Həşimova, Aytən Sultanova, Saləddin Məmmədov və Pərixanım Məmmədova çıxış edərək ölkədə davam edən sosial-iqtisadi inkişafdan danışıb və hər kəsi seçkilərdə cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

