Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev böyük üstünlüklə qalib gələcək
25.09.2013 [10:17]
Qaradağ rayon ictimaiyyətinin ümumi rəyi bundan ibarətdir ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər gələcəkdə daha böyük uğurlar qazanılacağına əsas yaradır
Dünən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Qaradağ rayonu üzrə seçki qərargahının üzvləri seçicilərlə növbəti görüş keçiriblər. Görüşdə YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov giriş sözü ilə çıxış edərək deyib ki, artıq 10 gündür ki, təbliğat-təşviqat kampaniyasına start verilib.
Onun sözlərinə görə, keçirilən görüşlərdən sonra ümumi ictimai rəy bundan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin böyük üstünlüklə qalib gələcəyi artıq heç kəsdə şübhə doğurmur. Aydın Hüseynovun sözlərinə görə, bu, onunla əlaqədardır ki, Azərbaycan xalqı cənab Prezidentə böyük etimad, inam göstərir, Onun həyata keçirdiyi siyasi kursu ürəkdən bəyənir. Bu da səbəbsiz deyil: “Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə böyük və müqayisəyə gəlməyəcək dərəcədə inkişaf yolu keçib. Bu gün Azərbaycan Cənubi Qafqazın ən aparıcı ölkəsidir. Eyni zamanda, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sırada dayanır. Bu gün Azərbaycanın iştirak olmadan regionda heç bir təşəbbüs, ideya uğurla nəticələnə bilməz. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu ildən-ilə artır. BMT kimi dünyanın nüfuzlu təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilən Azərbaycan beynəlxalq iqtisadi-siyasi analitik mərkəzlərin hesabatlarında ən yüksək göstəricilərlə qiymətləndirilir. Təbii ki, bütün bunlar məhz Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yüksək siyasi bacarığının, praqmatik inkişaf xəttinin nəticəsində reallığa çevrilib”.
Daha sonra YAP Siyasi Şurasının üzvü A.Hüseynov deyib ki, Azərbaycanı yaxın gələcəkdə daha möhtəşəm uğurlar gözləyir. Onun sözlərinə görə, hər bir ölkə vətəndaşı kimi qaradağlılar da buna qətiyyətlə inanırlar. Natiq vurğulayıb ki, qaradağlılar hər zaman dövlətə və dövlətçiliyə sadiq olub, Ulu öndər Heydər Əliyev siyasətinə, cənab İlham Əliyevə dəstək veriblər. Qarşıdan gələn prezident seçkilərində ölkəmizin hər bir bölgəsində olduğu kimi Qaradağ rayonunda da böyük seçici fəallığının nümayiş olunacağına əminliyini ifadə edən rayon təşkilatının sədri 9 oktyabrda Qaradağ sakinlərinin seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə dəstək olmaqla ölkəmizin yüksək inkişafına səs verəcəklərinə zərrə qədər şübhə etmədiklərini söyləyib.
Milli Məclisin üzvü Ağalar Vəliyev isə bir çox görüşdə iştirak etdiyini və qaradağlıların bu prosesə böyük maraq göstərdiyinin şahidi olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkəmizin həyatında baş verən bütün müsbət dəyişikliklər Qaradağ rayonunda da özünü göstərməkdədir. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün hər bir rayonumuzun yüksək inkişaf tempi əldə etdiyini deyən millət vəkili əlavə edib ki, biz bunu bütün rayonlarda əyani şəkildə müşahidə edirik. O, Qaradağda da bu inkişafın hər bir insanın, hər bir ailənin həyatında özünü göstərdiyini söyləyib. “Qaradağlıların bu seçkidə də Ulu öndər Heydər Əliyevin siyasi kursuna, cənab İlham Əliyevin praqmatik siyasi strategiyasına dəstək olacaqları birmənalıdır”, - deyən Milli Məclisin üzvü A.Vəliyev 9 oktyabrda xalqımızın böyük dəstəyi ilə cənab İlham Əliyevin parlaq qələbəsinin təmin ediləcəyinə ümumilikdə cəmiyyətimizin əmin olduğunu ifadə edib.
Qaradağ rayon ictimaiyyətinin nümayəndəsi Tofiq Şərifov da çıxışında ölkəmizdə aparılan siyasi kursun insanların həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etməsindən, ümumilikdə həyata keçirilən quruculuq-abadlıq işlərindən bəhs edib. Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək formada uğurla və əzmlə davam etdirilir.
Daha sonra Qaradağ rayon sakinləri adından çıxış edən Həsən Əliyev, Qurbanxan Bədəlov və digər sakinlər Azərbaycanın son illərdə böyük inkişaf yolu keçdiyini vurğulayaraq ölkəmizin qazandığı bütün nailiyyətlərin İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs nəticəsində reallığa çevrildiyini bildiriblər. Seçicilər bir daha bəyan ediblər ki, Azərbaycan siyasi palitrasında Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevlə rəqabət aparmaq gücündə olan hər hansı siyasətçi yoxdur. Seçicilər 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklərini bir daha bəyan ediblər. Onlar seçimlərini bu cür əsaslandırıblar ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər gələcəkdə daha böyük uğurlar qazanılacağına əsas yaradır.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

