Azərbaycan-Çin münasibətlərində yeni zirvələrin fəthi: Bakı dünyanın yeni nəfəsliyinə çevrilir
02.09.2025 [22:34]
Azərbaycan prezidenti cənab İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı əlaqələrin inkişafında yeni - sürətli inkişaf mərhələsinin başlanğıcıdır. İki ölkə arasında viza rejiminin hələ bu səfərdən öncə ləğv edilməsi onu göstərir ki, Bakı ilə Pekin arasında təkcə ticari-iqtisadi əlaqələr yox, həm də turizmin inkişaf potensialı üçün yaşıl işıq yandırılıb. Digər tərəfdən, “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Azərbaycan qlobal iqtisadi layihənin əsas logistik mərkəzi kimi Çindən Britaniyaya uzanan yol qovşağının döyünən nəbzinə çevrilib.
Eyni zamanda, Bakı Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı tərəfdaşlarındandır. Çox güman ki, yaxın gələcəkdə ölkəmiz ŞƏT-dəki statusunu bir qədər də yüksəldəcək. Çin və Rusiya kimi ölkələr də bu məsələdə maraq göstərirlər. İndi Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Bunu təkcə Azərbaycan prezidenti yox, Çinin ali rəhbərliyi, eləcə də aparıcı beyin mərkəzləri də etiraf edirlər. Ölkə başçısı İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirdi ki, biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.
Bununla da Azərbaycana investisiya axınının sürətlənməsi üçün hər hansı problemin qalmadığı, əksinə hər kəs üçün çox gözəl şəraitin olması ilə bağlı birbaşa cənab prezident tərəfindən üzv ölkələrinin diqqətinə çatdırıldı. Bunun əyani sübutu da mövcuddur. Belə ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biridir. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir. Xüsusilə “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Azərbaycan Cənubi Qafqazın əsas nəqliyyat-logistika mərkəzinə çevrilir. Bu da Çin mallarının Avropaya daha qısa vaxtda və sərfəli marşrutla çatdırılmasına imkan yaradacaq.
Azərbaycanın dövlət olaraq güclənməsi, iqtisadi imkanlarının artması nəyi tələb edirsə, məhz həmin hədəfə doğru irəliləyir. Çinlə yüksələn əməkdaşlığımız göstərir ki, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Zəngəzur dəhlizi fonunda bir-biri ilə rəqabət halında olan geosiyasi qütbləri bir araya gətirən, əməkdaşlıq üzərindən bir model ortaya qoyan, "qazan və yenə də qazan" prinsiplərini ön plana çəkən bir dövlət rolunu oynayır. Azərbaycan hərbi-strateji rəqabətdən daha çox iqtisadi maraqların üstünlüyünü vurğulayır
Çinlə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafı üçün möhkəm bünövrə mövcuddur. Belə ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü dəstəkləyən dövlətlərdəndir. Eyni zamanda, Azərbaycan Çinin Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib. Ölkə başçısı da öz çıxışında vurğuladı ki, Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq.
Müasir reallıqlarda Orta Dəhlizin əhəmiyyəti sürətlə artır. Bu marşrut vasitəsilə Çindən Avropaya yüklər artıq 10 min kilometr deyil, 7 min kilometr məsafə ilə, cəmi 12 günə daşına bilir. Çinlə Avropa arasında illik 700 milyard dollarlıq ticarət dövriyyəsini nəzərə alsaq, Orta Dəhlizin strateji və perspektivli əhəmiyyətini aydın görmək mümkündür.
2024-cü ildə bu dəhliz vasitəsilə daşınan Çin yüklərinin həcmi 86 faiz artaraq 378 min tona çatıb. Həmçinin dəhliz üzərindən hərəkət edən qatarların sayı 287-ni keçib. Bu göstəricilər Azərbaycanın təqdim etdiyi tranzit imkanlarının regional və qlobal ticarətə mühüm töhfə verdiyini bir daha təsdiqləyir.
Azərbaycan Şərq-Qərb dəhlizinin yükdaşıma potensialını gücləndirmək istiqamətində ardıcıl addımlar atır. 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinə əlavə 100 milyon dollar investisiya yatırılaraq, yolun illik yükötürmə gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb. Paralel olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücünün 15 milyon tondan 25 milyon tona qaldırılması istiqamətində işlər davam etdirilir.
Bundan başqa, Azərbaycanın reallığa çevirdiyi Zəngəzur dəhlizinin açılması birinci mərhələdə 15 milyon ton yükün daşınmasına imkan verəcək. Bu isə Orta Dəhlizin şaxələnməsinə və Asiya ilə Avropa arasında yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq.
Düşünürəm ki, qlobal müstəvidə iqtisadi böhran və ticarət müharibələri, regional təhlükəsizlik, enerji, nəqliyyat və digər aktual mövzuların müzakirəsi nəzərdə tutulur. Çində keçiriləcək tədbirlərdə 26 dövlət başçısı və 10 beynəlxalq təşkilatın nümayəndəsinin iştirakı, həmin Zirvənin qlobal əhəmiyyətinin yüksək olduğunu göstərir. Dövlətimizin başçısının Çinə səfərini isə ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi və dostlarımızla yeni əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından çox əhəmiyyətlidir.
Bir sözlə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan-Çin münasibətlərində mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Tiencində keçirilən görüşdə Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqlar həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli nəticələrdən soraq verir. Azərbaycanla Çin arasında imzalanmış sazişlər iki ölkənin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırır. Yaxın gələcəkdə Azərbaycanın Çinlə yeni strateji iqtisadi əlaqələr quracağına indi heç kim şübhə ilə yanaşmır. Çünki iki dövlət arasındakı ticari-iqtisadi əlaqələrin bugünkü səviyyəsi, əlaqələrin yüksələn xətlə sürətli inkişafı bunu deməyə əsas verir. Fikrimin yekununda bildirmək istəyirəm ki, ölkə başçısının Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni zirvələrin fəthi ilə yekunlaşmaqdadır. Eyni zamanda, ölkə başçısının yürütdüyü çoxgedişli və balanslı siyasi kurs nəticəsində Bakı dünyanın yeni nəfəsliyinə çevrilir.
Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26

