Azərbaycan regionda sülhün və əməkdaşlığın əsas təşəbbüskarıdır
01.09.2025 [21:12]
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə regionumuzda və beynəlxalq münasibətlər prosesində hazırda cərəyan edən mühüm məqamlara diqqət çəkib.
Müsahibənin fərqli cəhətlərindən biri də odur ki, dövlətimizin başçısının tezisləri yalnız informasiya xarakterli çıxış deyildi, o, həm də Azərbaycan xalqının qəlbində qürur, inam və etimad hissi oyadan, milli ruhu yüksəldən nitq oldu. Dövlətimizin başçısının hər bir ifadəsi, hər bir vurğusu Azərbaycanın gücünü, liderin müdrikliyini və diplomatik bacarığını açıq şəkildə göstərdi.
Müsahibənin mühüm hissələrindən biri Türk Dövlətləri Təşkilatına (TDT) dair açıqlamalardır. Prezident İlham Əliyev qeyd etdi ki, TDT hazırda böyük potensiala malikdir və Azərbaycan daim bu qurumu gücləndirməyə sadiqdir. Təşkilat əvvəlcə məşvərətçi qrup və şura kimi fəaliyyətə başlayıb, zamanla isə strateji platformaya çevrilib. Bu, göstərir ki, Azərbaycan yalnız milli maraqları qorumaqla kifayətlənmir, həm də Türk dünyasında əməkdaşlığın və inteqrasiyanın güclənməsinə böyük töhfələr verir.
Azərbaycan nadir ölkələrdən oldu ki, öz mübarizəsi ilə BMT və ATƏT-in həll edə bilmədiyi münaqişəni özü təkbaşına həll etdi. Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun döyüşkən ruhu sayəsində dünyanın ən böyük və güclü dövləti ABŞ Azərbaycanla Ermənistan arasında sülh razılaşmasına imza atdı. Şübhəsiz ki, bütün bunlar dövlətimizin son illərdə əldə etdiyi ən böyük nailiyyətlərdir və bu uğurların arxasında güclü iradə, düşünülmüş siyasət və böyük zəhmət dayanır.
Prezident İlham Əliyev müsahibədə vurğuladı ki, təşkilatın gücünü təmin edən əsas amil üzv ölkələrin ortaq tarixi köklərə və mədəni dəyərlərə malik olmasıdır. Bu xüsusiyyət TDT-yə yalnız regional deyil, həm də qlobal səviyyədə unikal mövqe qazandırır.
Azərbaycanın xarici siyasəti artıq sadəcə enerji ixracatı ilə məhdudlaşmır. Sülh təşəbbüsləri, diplomatik vasitəçilik, multikulturalizm və regional inteqrasiya modeli ilə Bakı qlobal səviyyədə proqnozlaşdırıla bilən, etibarlı və sülhpərvər tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, həm Qərb, həm Şərq, həm Şimal, həm də Cənub arasında körpü rolunu gücləndirməkdədir.
Hazırda dünya yeni çağırışlarla üz-üzədir. Dünyanın mövcud geosiyasi vəziyyətinin mürəkkəbliyi fonunda qlobal siyasi sistemdə mühüm mərhələnin əsası qoyulmuşdur. Azərbaycanın son illərdə xarici siyasətdə atdığı uğurlu addımlar və ölkəmizin əldə etdiyi nailliyyətlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırmış və Azərbaycan regionda söz sahibi ölkələrdən birinə çevrilmişdir. Xarici siyasətimizin əsasını dünya və region ölkələri ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq təşkil edir. Cənab Prezidentin “Əl-Ərəbiyyə” kanalına müsahibəsi bir daha göstərdi ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın əsas təşəbbüskarıdır. Dövlət başçısının mesajları həm regional, həm də beynəlxalq ictimaiyyətə açıq çağırışdır.
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibə Azərbaycanın son illərdə keçdiyi tarixi yolun, regional sülh təşəbbüslərinin və strateji layihələrinin dərin təhlilini təqdim edir. 2025-ci il avqust ayında Vaşinqtonda baş tutan görüş və paraflanan sənədlər, Azərbaycan-Ermənistan münasibətlərində dönüş nöqtəsi olmaqla yanaşı, 30 illik Qarabağ münaqişəsinin formal sonu kimi tarixə düşdü.
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

