Sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq
28.08.2025 [14:22]
Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Odur ki, avqust 22-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüş regional əməkdaşlıq tarixində mühüm mərhələ kimi yadda qaldı.
İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın Türkmənistan və Özbəkistan dövlətləri ilə münasibətləri daha da inkişaf edib. Uzun illərin sınağından çıxan dostluq əlaqələrimiz bu gün də davam etdirilir. İndiki qeyri-sabit, münaqişələrlə dolu dünyada türk dövlətləri arasında məsləhətləşmək, fikir mübadiləsi aparmaq olduqca vacibdir.
Azərbaycanın Türkmənistan və Özbəkistanla strateji məsələlərdə mövqeləri üst-üstə düşür. Qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlığımız həm də Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına və mövqeyinin güclənməsinə müsbət təsir göstərir. Azərbaycanla Türkmənistanın mövqelərinin üst-üstə düşməsi də Prezident İlham Əliyevin çıxışında xüsusi qeyd olundu. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Türkmənistan bundan sonra da “çiyin-çiyinə irəliyə gedəcək”, bütün məsələləri dostluq və qardaşlıq şəraitində həll edəcək, ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək. Bu birliyi gücləndirən simvolik təşəbbüslərdən biri Türkmənistanın Füzulidə məscid tikməsidir. Təkcə dini abidə kimi deyil, həm də türkmən xalqının Azərbaycan xalqına mənəvi dəstəyinin və qardaşlığın təcəssümü kimi qiymətləndirilən bu addım böyük əhəmiyyət daşıyır.
Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşdə Özbəkistanla əməkdaşlıq məsələləri də ön planda oldu. Prezident İlham Əliyev Xankəndidə Özbəkistan tərəfindən yaradılmış tikiş fabrikinin fəaliyyətə başlamasını yüksək qiymətləndirdi. Hazırda 200-dən çox insanın, əsasən qadınların çalışdığı müəssisənin genişləndirilməsi nəzərdə tutulur ki, bu da Qarabağın sosial-iqtisadi inkişafına mühüm töhfədir. Özbəkistanın Qarabağa ilk hədiyyəsi isə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəb oldu. Həmin məktəbdə yüzlərlə azərbaycanlı şagird təhsil alacaq və hər dəfə bu məktəbin yanından keçərkən Azərbaycan xalqı həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Mirziyoyevə minnətdarlıq hisslərini ifadə edəcək. Prezidentin sözləri ilə desək, “Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq”.
Sammitdə dövlət başçıları “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu”, “Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu” imzalandı.
Nəticə etibarı ilə bu görüş qardaş xalqların birliyini möhkəmləndirdi, qarşılıqlı etimadı dərinləşdirdi və regional əməkdaşlıq üçün yeni üfüqlər açdı. Prezident İlham Əliyevin sammitin yekunlarına dair bəyanatı isə həm dostluq, həm də strateji tərəfdaşlıq mesajları ilə seçildi: “Bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır.”
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

