/ / YAP Nərimanov rayon təşkilatı cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
YAP Nərimanov rayon təşkilatı cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
22.09.2013 [10:58]
Kampaniya çərçivəsində “İLHAMLA İRƏLİ” şüarı ilə 200-ə yaxın fəal gəncin iştirak etdiyi flaşmob keçirilib
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Bununla bağlı müxtəlif maraqlı tədbirlər və aksiyalar planlaşdırılır. Bunu YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib.
Rayon təşkilatının sədri bildirib ki, kampaniya çərçivəsində bütün təbəqələrdən olan seçicilərlə görüşlər keçiriləcək: “Bildiyiniz kimi, artıq bu istiqamətdə ilkin addımlar atılıb. Belə ki, kampaniya çərçivəsində ilk görüşümüz bu il ilk dəfə səs verəcək, 18 yaşı tamam olan gənclərlə keçirilib. Bu da təsadüfi deyil. Çünki bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir”.
Onun sözlərinə görə, müasir gənclik məhz bu siyasət nəticəsində inkişaf edir. Biz də rayon təşkilatı olaraq gənclər məsələsini hər zaman diqqət mərkəzində saxlayırıq.
Təmraz Tağıyev əlavə edib ki, bu, rayon təşkilatının təbliğat-təşviqat kampaniyası çərçivəsində gənclərlə bağlı reallaşdırdığı heç də yeganə tədbir deyil: “Belə ki, sentyabrın 20-də YAP Nərimanov rayon təşkilatının 200-ə yaxın fəal gənci Odlar Yurdu Universitetinin həyətində partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində “İLHAMLA İRƏLİ” şüarı ilə flaşmob keçirib”.
YAP Nərimanov rayon təşkilatının sədri əlavə edib ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti tədbir sentyabrın 21-də baş tutub. Həmin gün rayon təşkilatının yüzlərlə gənc fəalı Nərimanov rayonu ərazisindəki seçicilərə təbliğat-təşviqat materialları paylayıblar.
Aksiyada iştirak edən YAP Nərimanov rayon təşkilatının təlimatçısı, gənc fəal Nərminə Yunusova “aksiya çərçivəsində seçicilərə təbliğat-təşviqat materialları paylamaqla yanaşı, onları 9 oktyabr seçkilərində fəallıq göstərməyə və cənab İlham Əliyevə səs verməyə çağırdıq” deyib.
Nərminə Yunusovanın sözlərinə görə, bu proseslərdə gənclərin fəallıq göstərmələri heç də təsadüfi deyil: “Azərbaycan tarixi bir proses ərəfəsindədir və bu prosesin uğurla başa çatması üçün biz gənclərin də üzərinə böyük məsuliyyət düşür. Biz gənclər məsuliyyətli olduğu qədər də şərəfli, qürurverici bu işdə öz dəstəyimizi layiqincə nümayiş etdirəcəyik. Bu dəstəyimizə əsas verən ən vacib məqam isə partiyamızın namizədi cənab İlham Əliyevin ötən 10 ildə Azərbaycan üçün dünyaya örnək olacaq müasir tarix yazması və Azərbaycan gənclərinin beynəlxalq arenada ən yüksək kürsülərdə iştirakını öz uğurlu siyasəti ilə təmin etməsidir”.
NADİR
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49

