Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır, Ona etimad göstərir
22.09.2013 [10:58]
Gəncədə 9 oktyabr prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası böyük ruh yüksəkliyi və uğurla davam etdirilir
Paytaxt Bakı ilə bərabər, ölkəmizin bütün bölgələrində, o cümlədən, Azərbaycanın qədim şəhəri olan Gəncədə də 9 oktyabr prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası böyük ruh yüksəkliyi və uğurla davam etdirilir. Növbəti möhtəşəm görüşlər dünən Gəncə Dövlət Dram Teatrının binasında, daha sonra isə Hacıkənd qəsəbə Mədəniyyət klubunda keçirilib. YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin, şəhər təşkilatı İdarə Heyəti və Şura üzvlərinin, təbliğat-təşviqat qrupu üzvlərinin, partiya fəallarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu görüşlərdə Azərbaycanın uğurlarından, müstəqil dövlətçiliyindən, Azərbaycan xalqına cənab Prezidentimizin bəxş etdiyi imkanlardan, ölkə başçısının tövsiyə və tapşırıqlarını yüksək təşkilatçılıqla yerinə yetirən şəhər rəhbərliyinin həyata keçirdiyi tədbirlərdən, gördüyü işlərdən, Gəncənin “Gənclər Paytaxtı” adını şərəflə doğrultmasından, Azərbaycanın dilbər guşəsi Hacıkənd qəsəbəsinin köklü şəkildə yenidən qurulmasından, insanların kommunal problemlərinin həll olunmasından danışılıb.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev vurğulayıb ki, həqiqətən də, Azərbaycanın bugünkü reallıqları hər bir vətəndaşı ruhlandırır, sevindirir. Layiqli həyat şəraiti təmin olunmuş Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız arxalarında güclü, onları dünyanın istənilən nöqtəsində müdafiə etməyə qadir olan bir dövlət görürlər və belə bir dövlətin vətəndaşları olduqlarına görə fəxr edirlər: “Avropa Birliyinin “Avropa Qonşuluq Barometri” çərçivəsində keçirilmiş sorğu göstərdi ki, Azərbaycanda əhalinin 92 faizi öz hökumətinə inanır. Yəni ölkə əhalisinin 92 faizi hakimiyyətin fəaliyyətini bəyənir və ona etimad göstərir. Bütün obyektiv rəy sorğuları xalqla hakimiyyətin sıx birliyinin təcəssümüdür. Budur son 10 ilin real nəticəsi. Budur 2013-cü ilin, bu günün seçki reallığı!”
Hacıkənd qəsəbəsində keçirilən görüşdə isə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib ki, ölkə başçısının rəhbərliyi ilə qazanılan nailiyyətlərin nümunəsi olaraq yaşamaq üçün hər cür şəraiti olan bu yaraşıqlı, səfalı qəsəbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçicilərə çox qiymətli töhfəsidir.
Təbliğat-təşviqat qrupunun üzvləri Yusif Yusibov, Həsənbala Sadıqov, Cavid Bağırzadə və Ceyhun Hüseynov çıxışlarında seçiciləri dağılan bir ölkəni xilas edərək güclü və qüdrətli, dünya miqyasında tanınan Azərbaycan zirvəsinə qaldıran Ulu öndər Heydər Əliyev siyasi kursunun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti 5 ildə də davam etdirilməsinə səs verməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

