Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu ölkəmizi daha da gücləndirir
20.08.2025 [16:50]
Məlum olduğu kimi, ikinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda nəqliyyat və enerji əlaqələrinin bərpası Azərbaycanın regional geosiyasi mövqeyini daha da gücləndirib. Qarabağ münaqişəsinin həlli Azərbaycanın enerji infrastrukturunun təhlükəsizliyini təmin edib. Bu gün Azərbaycan imkanlarını daha da genişləndirərək Avropa ilə Asiya arasında etibarlı tranzit habına çevrilməkdədir. Yəni Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan "Şərq-Qərb" marşrutu üzrə etibarlı tranzit ölkədir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın bugünkü reallıqlarına nəzər salanda görürük ki, ölkəmiz, sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutub. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib.
Xüsusilə qeyd edək ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Azərbaycan Prezidenti hər zaman qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürür və bu gün də onun təşəbbüsü ilə reallaşan transmilli layihələr ölkəmizə iqtisadi-siyasi dividendlər qazandırır. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, İlham Əliyevin də dünyada şəxsi nüfuzunun artmasına gətirib çıxarıb. Azərbaycanın enerji siyasəti ölkəyə həm regional, həm də beynəlxalq səviyyədə siyasi güc və nüfuz qazandırır. Həmçinin Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsinə şərait yaradır, Avropanın enerji təhlükəsizliyində əsas oyunçu kimi yer almasına imkan verir, eyni zamanda Avrasiyada effektiv əməkdaşlıq və rəqabət əlaqələrinin qurulmasına səbəb olur. Coğrafi və geosiyasi baxımdan mühüm bir mövqedə yerləşən Azərbaycan həm Avropa, həm də Mərkəzi Asiya istiqamətində fəal və balanslaşdırılmış xarici siyasət yürüdür. Bu siyasət bir neçə əsas istiqamətdə özünü göstərir - Azərbaycan Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində fəal iştirak edir. Enerji sahəsində strateji tərəfdaşdır - xüsusilə "Cənub qaz dəhlizi" vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bir sıra Avropa ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələr inkişaf etdirilir. Mərkəzi Asiya ölkələri ilə əlaqələrə gəlincə, Azərbaycan türkdilli dövlətlərlə, xüsusilə Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistanla sıx əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvüdür və bu platformada Mərkəzi Asiya ölkələri ilə münasibətləri daha da dərinləşdirir. Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələri gücləndirilir.
Onu da qeyd edək ki, ölkəmiz heç bir qütbdən tam asılı olmadan həm Avropa, həm də Asiya ilə qarşılıqlı faydalı münasibətlər qurmağa çalışır. Bu siyasət həm ölkənin iqtisadi maraqlarını təmin edir, həm də regional sabitliyə töhfə verir. Azərbaycanın enerji sahəsində həm Avropa, həm də Mərkəzi Asiya istiqamətində yürüdüyü siyasət ölkənin xarici əlaqələrinin və iqtisadi inkişafının əsas dayaqlarından biridir. Ötən il avqustun 9-da Prezident İlham Əliyevin Qazaxıstana səfər edib Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq kimi iştirak etməsi, bu toplantıda təkliflər səsləndirməsi də bir daha göstərdi ki, Azərbaycanın Avrasiya məkanında nüfuzu getdikcə yüksəlir. Bu, həm də dövlət başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir. Görüşdə çıxış edən İlham Əliyevin son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 səfər etməsi, bu regionun dost və qardaş ölkələrinin liderlərinin Azərbaycana səfərlər etmələri ilə bağlı fikirləri də diqqətçəkən məqam oldu. Bu, ilk növbədə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əmakdaşlığa, münasibətlərin inkişafına verdiyi önəmin göstəricisidir. Əlbəttə ki, bu səfərlər zamanı aparılan danışıqlar, imzalanan sənədlər, əldə olunan razılaşmalar müxtəlif istiqamətlərdə əlaqələrin daha da şaxələnməsi üçün real zəmin yaratdı. Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əməkdaşlığı dərinləşdikcə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti bir qədər də artacaq. Çünki bu gün Asiyadan Avropaya və ya əksinə işləyən marşrutların ən qısa yolu Azərbaycandan keçir. Ölkəmiz isə bu imkanlarını daha da genişləndirməklə dəhlizin cəlbediciliyini artırır. Bu imkanları İlham Əliyev bir daha Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşündə diqqətə çatdırmışdır.
ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda imzalanan Birgə Bəyannaməyə əsasən deyə bilərik ki, artıq Zəngəzur dəhlizi ("Tramp yolu") reallaşmaq üzrədir. Bu dəhlizin fəaliyyətə başlaması Orda dəhlizin fəaliyyətinə müsbət impuls verəcək. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat körpüsü statusuna rəsmən sahiblənəcək. Onu da vurğulayaq ki, Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əməkdaşlıq yalnız tranzit daşımalarla məhdudlaşmır. Bu gün tranzit yüklər Azərbaycan vasitəsilə Avropaya çatdırılır. Növbəti mərhələ isə Mərkəzi Asiya respublikalarında istehsal olunan alternativ enerjinin Azərbaycan ərazisindən Avropaya ixracını təmin etməkdən ibarətdir. Qara dənizin dibi ilə Şərqi Avropaya elektrik enerjisinin ixracını həyata keçirməklə Azərbaycan yenə də mühüm tranzit ölkə olacaq. Avropa İttifaqı texniki əsaslandırma işləri üçün 2,5 milyon dollar vəsait ayırıb. Dünya Bankı isə layihənin reallaşmasına 75 milyon dollar ayırmaq niyyətini açıqlayıb.
Ən əsası, Asiya ilə Avropa arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan "Rəqəmsal İpək yolu" əhəmiyyətli inkişaf layihəsidir. Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsini nəzərdə tutan bu layihə regionda rəqəmsallaşma və rabitə xidmətlərinin inkişafına mühüm töhfə verəcək.
Anar Süleymanov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44

