Biz İlham Əliyevi seçdik, siz də seçin!
21.09.2013 [10:14]
Xəzər rayon gəncləri seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar
Azərbaycan Respublikasının prezidentliyinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində ölkənin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində görüşlər keçirilir. Dünən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında rayonun gənc seçiciləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 9 oktyabr prezident seçkilərinə hazırlıq işləri barədə danışıb. Bildirib ki, prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat kampaniyası Xəzər rayonunda uğurla davam edir. Partiyanın Xəzər rayon təşkilatında bu prosesdə gənclər fəallıq nümayiş etdirir. Belə ki, partiyanın gənc fəalları bu kampaniyada ciddi səylər göstərərək, hər bir seçici ilə görüşür. Bir sözlə, seçicilərin fəallığının artırılması və maarifləndirmə işinin sürətləndirilməsi bu gün partiya üzvlərinin, eləcə də gənclərin qarşısında dayanan əsas vəzifələrdəndir.
N.Əhmədov çıxışında diqqəti bu gün bölgələrdə, Bakı və Bakıətrafı qəsəbələrdə gedən sosial-iqtisadi inkişafa yönəldib. Bildirib ki, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən Dövlət Proqramlarından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi Azərbaycanın hərtərəfli inrkişafına zəmin yaradıb. Bu gün Azərbaycanın elə bir bölgəsi, qəsəbəsi yoxdur ki, orda yenidənqurma, abadlıq işləri həyata keçirilməsin.
Tədbirdə YAP Gənclər Birliyinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov gənclərə dövlətin diqqət və qayğısından danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğı son on ildə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, gənc kadrların yetişdirilməsi istiqamətində atılan addımlar və s. bu sahədə görülən işlərin tərkib hissələridir.
Gənclərlə görüşdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev dövlət başçısının gənclərə qayğısından danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğının dövlətin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsinə çevrilməsi, ötən illərdə bu istiqamətdə imzalanan Fərman və sərəncamlar, Prezident İlham Əliyevin dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi siz gənclərə diqqətin bariz nümunəsidir. R.Əliyev qeyd edib ki, Azərbaycan gəncliyi bu gün inkişaf mərhələsini yaşayır. Gənclərin xarici ölkələrdə təhsillərini davam etdirməsinə dair Dövlət Proqramının təsdiqlənməsi də atılan addımlardandır. Milli Məclisin deputatı ölkəmizdə gənclərin təhsilinin vacib amil olduğunu, yeni məktəb binalarının tikintisini, təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsini önə çəkərək gəncləri bu kimi minlərlə reallıqlara səs verməyə çağırıb.
Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov əsas diqqəti seçicilərin fəallığının artırılmasının, maarifləndirmə işinin sürətləndirilməsinin vacibliyinə yönəldib. Qeyd edib ki, seçicilər məntəqələrə gələrək, prosesdə fəal iştirak etməklə cənab İlham Əliyevin növbəti beş il üçün yenidən prezident seçilməsini təmin edəcəklər. Gerçəklik budur ki, elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Bu da həyata keçirilən siyasətin əsasında dövlətə, xalqa xidmətin dayanmasından irəli gəlir.
1990-cı illərin əvvəllərində o zamankı hakimiyyətdə olanların siyasi təcrübəsizliyindən, ölkədəki xaosdan, özbaşınalıqdan gənclərə ətraflı məlumat verən S.Novruzov çıxışında Azərbaycanın bu gün artan nüfuzundan, gənclərə dövlət qayğısından geniş bəhs edib. YAP İcra katibinin müavini qeyd edib ki, bu gün gənclərin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Azərbaycan gəncləri cənab İlham Əliyevin siyasətini dəstəkləyir, ətrafında sıx birləşirlər. Yeni Azərbaycan Partiyası gənclərə arxalanır, gənclərin qüvvəsinə, bacarığına meydan yaradan partiyadır. Gənclərin YAP-ın namizədinə səs verməklə demokratiyaya, inkişafa, haqq-ədalətə sədaqətini nümayiş etdirəcəyini bildirib.
Prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi qeyd edib ki, İlham Əliyev Azərbaycanın sürətli inkişafının və milli mənafeyinin qətiyyətli təminatçısıdır. YAP-ın İcra katibinin müavini cənab İlham Əliyevin böyük işlər gördüyünü, bu inkişaf strategiyasının əsasının Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. S.Novruzov YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının uğurla davam etdiyini bildirib.
Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi çıxışında bütün gəncləri 9 oktyabr prezident seçkilərində fəal olmağa çağırıb. Bildirib ki, prezident seçkilərinin bütün mərhələlərində gənclər fəallıq nümayiş etdirməklə bir daha cənab İlham Əliyevin siyasətinə sadiq olduqlarını təsdiqləyirlər. “Cənab İlham Əliyevə səs vermək Azərbaycanın xoşbəxt, firavan gələcəyinə səs verməkdir”.
Sonra YAP Sədrinin keçmiş müavini, partiyanın qurucularından mərhum Murtuz Ələsgərovun nəvələri Murtuz və Şahin Ələsgərovlara Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17

