Azərbaycan hər zaman regionda sülhün, təhlükəsizliyin və inkişafın tərəfdarı olub
12.08.2025 [15:09]
Bu gün Azərbaycan yürütdüyü məqsədyönlü və praqmatik xarici siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, etibarlı tərəfdaş imicini də getdikcə möhkəmləndirir, bölgədə və dünya arenasında mühüm aktorlardan birinə çevrilir. Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və müasir mərhələdə uğurla reallaşan Azərbaycan – Amerika Birləşmiş Ştatları qarşılıqlı münasibətləri xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biridir. Amerika Birləşmiş Ştatları da Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onunla qarşılıqlı münasibətlər yaratmaq və inkişaf etdirməkdə maraqlı olmuşdur.Eyni zamanda,hər iki dövlət qarşılıqlı münasibətlərin qurulması və inkişafında 1991-ci ildən bəri mühüm addımlar atmışdır. 1991-ci il oktyabrın 18-də Azərbaycanda müstəqillik haqqında Konstitusiya Aktı qəbul ediləndən sonra onun müstəqilliyini ilk tanıyan dünya dövlətlərindən biri də məhz Amerika Birləşmiş Ştatları oldu. Həmin ilin dekabrın 25-də rəsmi Vaşinqton öz müstəqilliyini elan etmiş Azərbaycan dövlətini rəsmi tanıdığını bəyan etdi və tezliklə iki dövlət arasında diplomatik münasibətlər yaratmaq üçün müəyyən addımlar atdı. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə ABŞ-la rəsmi şəkildə diplomatik əlaqələr qurulmuş və 1992-ci ildə hər iki ölkənin səfirlikləri açılmışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə balans siyasəti çərçivəsində Azərbaycan ABŞ ilə strateji əməkdaşlıq qurmağa nail olmuşdur.1997-ci il avqustun 1-də ümummilli liderin ABŞ-a səfəri zamanı enerji sahəsində mühüm müqavilələr imzalanmış və iqtisadi əlaqələr gücləndirilmişdir.
Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra daha da inkişaf edən Azərbaycan-Amerika arasındakı iki tərəfli münasibətlər son vaxtlar pik həddə çatmışdır. Bir neçə gün öncə Vaşinqtonda keçirilən tarixi görüşdə Azərbaycan və Ermənistanın sülh sazişini paraflaması, həmçinin, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamə bunun əyani sübutudur. Bu Birgə Bəyannamə yekun sülh sazişinin əldə edilməsi istiqamətində mühüm addım oldu. Bəyannamədə yer alan məsələlər, xüsusilə Azərbaycanın bütün tələblərinin qəbul edilməsi yekun sülh sazişinin imzalanması önündə böyük əngəlin qalmadığını deməyə əsas verir.
Prezident İlham Əliyev çıxışında, Azərbaycanın və ABŞ-ın ortaq maraqlarını və regionun sabitliyinin qorunmasının vacibliyini vurğulayaraq, iki ölkə arasındakı strateji tərəfdaşlığın hər iki tərəfin qarşılıqlı faydasına xidmət etdiyini xüsusi ilə qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan enerji resurslarının təminatında mühüm rol oynayır və ABŞ ilə birgə həyata keçirilən layihələr regionda təhlükəsizliyi artırmaqla yanaşı, iqtisadi inkişafın sürətlənməsinə də töhfə verir. Bu, həmçinin ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini daha da möhkəmləndirməsi baxımından böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Azərbaycan media nümayəndələrinə verdiyi müsahibədə ABŞ səfərini ölkəmizin beynəlxalq mövqeyinin güclənməsi və ABŞ-la strateji tərəfdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Görüşün nəticələrini yüksək qiymətləndirən Prezident İlham Əliyev ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının Azərbaycanın milli maraqlarının qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Prezident, həmçinin Ermənistanla sülh sazişinin imzalanmasının regionda sabitliyin və əməkdaşlığın təmin olunmasına töhfə verəcəyini bildirmişdir.Bu hadisələr regionda yeni geosiyasi reallıqların formalaşmasına və Azərbaycanın bu prosesdəki rolunun güclənməsinə səbəb olur.
Müsahibədə həmçinin Prezident, Azərbaycanın enerji siyasətinə dair perspektivlərə toxunaraq, “Cənub Qaz Dəhlizi” kimi beynəlxalq əhəmiyyətli layihələrin uğurla davam etdiyini və ABŞ-ın bu layihələrdə mühüm tərəfdaş olduğunu xüsusi vurğuladı. O, Azərbaycanın enerji resurslarının təhlükəsiz və davamlı şəkildə Avropa bazarına çatdırılması sahəsindəki əhəmiyyətli rolunu qeyd etdi və bunun Avropanın enerji diversifikasiyası siyasətinə verdiyi töhfənin ölçüyəgəlməz olduğunu bildirdi.
Sülh sazişinin imzalanmasında əsas həll edilməli məsələlərdən biri, bəlkə də birincisi Zəngəzur dəhlizinin açılması idi. Prezident İlham Əliyevin irəli sürdüyü bu tələb Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr razılaşmasında yer alırdı, lakin rəsmi İrəvan müharibədən sonra müxtəlif bəhanələrlə bu öhdəliyindən yayınmağa çalışıb. Rusiyanın dəhlizdə mövcudluğunu qəbul etməyən Qərb ölkələri də bu məsələdə Ermənistana dəstək verirdi. Lakin Prezident İlham Əliyev Azərbaycanın tərkib hissəsi olan Naxçıvana maneəsiz keçidin əldə edilməsi mövqeyində prinsipiallıq nümayiş etdirdi və Vaşinqton görüşündə Zəngəzur dəhlizinin açılması rəsmiləşdi.
Prezident İlham Əliyevin bu səfəri və mətbuat qarşısındakı açıqlamaları ölkəmizin beynəlxalq arenada öz mövqeyini gücləndirməsi, regional sabitliyin təmin olunması və dünya ölkələri ilə dostluq əlaqələrinin inkişafı üçün mühüm addım oldu. Prezident İlham Əliyevin sözləri, Azərbaycan dövlətinin milli maraqlarını qorumaqla yanaşı, qlobal əməkdaşlıq və qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalmasının göstəricisidir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41

