Vaşinqton görüşləri sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratmış oldu
12.08.2025 [13:19]
Avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda tarixi anlar yaşandı. ABŞ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü çərçivəsində əldə olunan razılaşmalar Cənubi Qafqaz üçün sülh, əməkdaşlıq və tərəqqi dövrünün başlanğıcı oldu. İmzalanan birgə bəyannamə regionun gələcəyi üçün mühüm dönüş nöqtəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqton görüşü tarixi əhəmiyyət daşıyır. Bu görüş və imzalanan birgə bəyannamə regionun gələcəyi üçün mühüm dönüş nöqtəsi olacaq. Birgə Bəyannamə uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında real sülhün təmin olunması istiqamətində atılmış ən ciddi addım kimi tarixə düşəcək və bu, Prezident İlham Əliyevin prosesdəki liderliyi, strateji baxışı və siyasi uzaqgörənliyinin nəticəsidir. Çünki məhz Azərbaycan rəhbərinin qlobal arenada yürütdüyü düzgün hesablanmış və milli maraqlara söykənən siyasəti ABŞ kimi super gücün bölgəyə ədalətli baxışında müstəsna rol oynayıb. Cənab Prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və yerli media nümayəndələrinə verdiyi müsahibə görüşün əhəmiyyəti barəsində hər kəsdə aydın fikir formalaşdırır.
Ölkəmizin başçısı ABŞ səfərinin nəticələri ilə bağlı mediayaya verdiyi müsahibəsində keçirilən görüşləri yüksək dəyərləndirir, tarixi hadisə hesab edir. Prezidentin Vaşinqtona səfərinin nəticələri əminliklə deməyə əsas verir ki, dövlətimizin qarşısında dayanan bir neçə strateji vəzifə öz həllini tapdı. Bu, bir daha Azərbaycan Prezidentinin güclü liderliyini, dövlətimizin beynəlxalq nüfuzunu təsdiq edir. Eyni zamanda, bütün dünyanın diqqətində olan Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair imzalanmış Birgə Bəyannamə Cənubi Qafqazın tarixində yeni səhifə açır. Bu bəyannamə tam şəkildə Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş haqlarının ən yüksək səviyyədə və ən qarantlı şəkildə rəsmi təsdiqi idi.
Prezident İlham Əliyev səfər zamanı ABŞ ictimaiyyətinə və beynəlxalq medianın diqqətinə çatdırdı ki, uzun illər ərzində erməni lobbisinin təsiri altında formalaşdırılmış anti-Azərbaycan təbliğatı artıq iflasa uğrayıb. Vaşinqtonda imzalanan sənədlər Azərbaycanın sülhə, əməkdaşlığa və regional inteqrasiyaya sadiqliyini bütün dünyaya nümayiş etdirdi.
Tarixi təcrübə göstərir ki, münaqişələr təkcə liderlərin mövqelərinin dəyişməsi ilə deyil, həm də dərin ictimai-siyasi dəyişikliklərlə həll olunur. Prezidentlərin yaxınlaşması mühüm siyasi siqnaldır, lakin sülhün dayanıqlı olması üçün xalqlar arasında diplomatiya – yəni mədəni, humanitar və sosial səviyyədə qarşılıqlı anlaşma – həlledici rol oynayır. Vaşinqton görüşü bu baxımdan irəliyə doğru ilk böyük addımdır, amma prosesin uğurlu olması üçün daha geniş sosial dəstək və qarşılıqlı etimadın yaranması zəruridir.
Artıq rəsmi Bakı və Vaşinqton, həmçinin Bakı - Vaşinqton - İrəvan üçbucağında bölgədə yeni səhifə açılır. Dövlət rəhbərinin də qeyd etdiyi kimi, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Eyni zamanda prezident Trampın ABŞ-Azərbaycanın əlaqələrinin inkişafına mənfi təsir göstərən, tamamilə qərəzli və təhrif əsaslı 907-ci düzəlişi ləğv etməsi qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində mühüm qərardır. Təbii ki, ölkələrimiz bundan sonra daha dinamik və çevik metodlar çərçivəsində uğurlu əməkdaşlıq formalaşdıracaq.
Azərbaycan artıq öz siyasi gündəliyini tam müstəqil şəkildə müəyyənləşdirən və onu qlobal diplomatiya səhnəsində uğurla reallaşdıran güclü dövlətə çevrilib. Ölkəmiz sülh və əməkdaşlıq siyasəti ilə dünya arenasında öz sözünü deyərək, gələcək nəsillər üçün dəyərli örnək yaradıb.
YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

