Azərbaycan xalqının ən böyük milli sərvəti-doğma dilimiz
02.08.2025 [11:29]
Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin “Azərbaycan xalqının ən böyük milli sərvəti-doğma dilimiz” mövzusunda gənclərlə məşğələ keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar rayon İcra Hakimiyyəti, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Atluxanova, YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva və partiyanın gənc fəalı Rəhman Ağabalayev çıxış ediblər.
Bildirilib ki, Azərbaycan dili əsrlər boyu xalqımızın mədəniyyətini, düşüncə tərzini və milli kimliyini yaşadan güclü mənəvi daşıyıcı olmuşdur.
Qeyd olunub ki, Azərbaycan dilinin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri danılmazdır. 1977-ci ildə Azərbaycan SSR Konstitusiyasına dövlət dili haqqında müddəanın salınmamasına qarşı çıxan Ulu Öndər 1978-ci ilin aprelində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsinə nail oldu. Bu addım milli mənəvi kimliyimizin və dilimizin hüquqi təminatı baxımından dönüş nöqtəsi idi. Bildirilib ki, müstəqillik illərində də Ulu Öndərin dil siyasəti onun ümumi dövlət quruculuğu strategiyasının ayrılmaz hissəsi olub. Ulu Öndər Heydər Əliyevin 2001-ci ilin 18 iyun tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və həmin ilin avqustun 9-da “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” imzaladığı fərmanlar ana dilimizin qorunmasına xidmət edib. Ulu Öndər Heydər Əliyevin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. 2018-ci il noyabrın 1-də imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Tədbir iştirakçılarına “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx təqdim olundu.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01

