/ / III Şuşa Qlobal Media Forumu : Azərbaycanın xarici siyasətində milli maraqlar və strateji tərəfdaşlıq
III Şuşa Qlobal Media Forumu : Azərbaycanın xarici siyasətində milli maraqlar və strateji tərəfdaşlıq
26.07.2025 [18:57]
Azərbaycanın ev sahibliyi ilə keçirilən III Şuşa Qlobal Media Forumu, ölkəmizin qlobal informasiya müstəvisində artan nüfuzunun və strateji kommunikasiya siyasətinin bariz nümunəsidir. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan nəinki regionda, həm də qlobal media məkanında ciddi söz sahibi olan dövlətlərdən biridir.
Prezident İlham Əliyevin forumdakı nitqi bir neçə mühüm istiqaməti əhatə etdi: informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, medianın müasir çağırışlara cavab vermə imkanları, eləcə də jurnalistlərin rolunun gücləndirilməsi. Dövlət başçısı çıxışı zamanı dünyada baş verən informasiya savaşlarına toxunaraq bildirdi ki, yanlış və qərəzli məlumatların qarşısının alınması üçün media subyektləri arasında əməkdaşlıq, şəffaflıq və peşəkarlıq əsas şərtdir. Əlamətdar haldır ki, tədbirin məhz Şuşada keçirilməsi təsadüfi deyil. Azərbaycanın tarixi və mənəvi irsinə sadiqliyinin, azad olunmuş torpaqlarda həyatın sürətlə bərpasının və Şuşanın yenidən regionun mədəni-siyasi mərkəzinə çevrilməsinin göstəricisidir. Cənab Prezident çıxışında xüsusi olaraq vurğuladı ki, Şuşa artıq həm də beynəlxalq tədbirlərin, siyasi və informasiya platformalarının mərkəzinə çevrilməkdədir. III Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, informasiya müharibələrinin getdiyi, reallığın tez-tez manipulyasiyaya məruz qaldığı bir dövrdə medianın missiyası dəyişir. Bu dəyişikliklər fonunda Azərbaycan öz sözünü demək, reallıqları çatdırmaq və qlobal media arxitekturasında fəal iştirakçı olmaq əzmini ortaya qoydu. Şuşada səslənən fikirlər, verilən cavablar və nümayiş etdirilən qlobal baxış təkcə Azərbaycanın yox, həm də qlobal medianın gələcəyinə işıq salır. Müasir dünyanın informasiya çağırışlarına cavab olaraq təşkil olunan "III Şuşa Qlobal Media Forumu" Azərbaycan diplomatiyasının və söz azadlığına verdiyi strateji önəmin bariz göstəricisidir. Azərbaycan artıq informasiya istehlakçısı yox, informasiya siyasəti formalaşdıran güclü tərəfdaşdır. Forumda təqdim olunan yanaşma göstərdi ki, Prezidentin liderliyi ilə formalaşan iqtisadi çərçivə yalnız bərpa mərhələsindən ibarət deyil, həm də dövlətçilik fəlsəfəsinin sosial-iqtisadi əksi, başqa sözlə desək, güc, dayanıqlılıq və qlobal proyeksiya fenomenidir. Bu modeldə dövlət iqtisadi proseslərin tənzimləyicisi olmaqla yanaşı, böhranlara qarşı davamlı institusional platforma və geoiqtisadi oyunçu kimi çıxış edir. Prezident İlham Əliyevin forumdakı nitqi resurs zənginliyinin ağıllı idarəetmə ilə necə strateji üstünlüyə çevrilə biləcəyini aydın formada göstərdi. Qarabağın işğaldan azad edilməsi ilə bərabər başlayan bərpa və innovasiya dövrü artıq yalnız dövlət investisiya proqramları ilə deyil, həm də özəl sərmayələr, xüsusi iqtisadi zonalar və “yaşıl enerji” layihələri ilə strukturlaşır.
Prezident İlham Əliyev çıxışında açıq şəkildə göstərdi ki, Azərbaycanın Qarabağda apardığı işlər, ilk növbədə, sistemli bir strateji iqtisadi bərpa aktıdır. Postkonflikt regionların inkişafı ilə bağlı dünya təcrübəsində – məsələn, Ruanda, Bosniya və ya Kosovoda – iqtisadi reinteqrasiya çox vaxt gecikmiş və dayanıqsız formada aparılmışdı. Azərbaycan isə bu prosesə “sabitlik, innovasiya və enerji bərpası” formatında start verərək, postkonflikt regionların iqtisadi yenidənqurulmasında müstəqil və intellektual yol seçmişdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, 2021-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, infrastrukturun qurulması və “Böyük Qayıdış” proqramının həyata keçirilməsi məqsədilə təxminən 19 milyard manat məbləğində dövlət vəsaiti ayrılmışdır. 2025-ci il üçün isə əlavə olaraq 4 milyard manat vəsaitin yönəldilməsi planlaşdırılır ki, bu da prosesin davamlılığını və genişlənməsini təmin edir.
İlham Əliyevin çıxışında xüsusi yer ayırdığı Zəngəzur dəhlizi iqtisadi və strateji baxımdan yalnız regional əlaqə vasitəsi deyil. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq.
Prezidentin qeyd etdiyi kimi, bu dəhliz təkcə Azərbaycanı Naxçıvanla deyil, Türkiyə, İran, Mərkəzi Asiya və Avropa ilə rəqəmsal və enerji əsaslı nəqliyyat əlaqələri ilə birləşdirəcək. Bu kontekstdə Zəngəzur dəhlizi artıq bir coğrafi yol yox, iqtisadi inkişaf vektorudur – ticarətin liberallaşdırılması, gömrük inteqrasiyası və rəqəmsal ticarət axınlarının sinxronlaşmasını təşviq edən bir platformaya çevriləcəkdir. Forumda təqdim olunan iqtisadi baxış sübut edir ki, Azərbaycanın inkişafı enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, yaşıl enerji və insan kapitalı sahələrində proaktiv siyasətə əsaslanır. Süni intellekt və yaşıl keçid kimi sahələrə inteqrasiya isə ölkəni müasir texnoloji iqtisadi modelə doğru aparır.
Cənab Prezidentin Şuşadakı çıxışı, hər bir jurnalist, informasiya daşıyıcısı və media quruluşu üçün bir çağırış, eyni zamanda bir istiqamətdir. Dövlət başçısının belə yanaşması XXI əsrin ən effektiv idarəetmə meyarlarından biri kimi Azərbaycanın iqtisadi yüksəlişini təmin edən mühüm sütundur.
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59
