Azərbaycanın mövqeyini möhkəmləndrən forum
26.07.2025 [16:25]
İyulun 19-da keçirilən və “Rəqəmsal keçidlər: Suni intellekt dövründə informasiya və media dayanıqlığının gücləndirilməsi” mövzusu ilə təşkil olunan III Qlobal Şuşa Media Forumu bu il 52 ölkədən 255 iştirakçını, o cümlədən 140-dan çox xarici media nümayəndəsini bir araya gətirmişdir.
Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə iştirakçılar arasında keçirilən görüş forumun əsas məqamlarından biri olmuşdur.
Prezident çıxışına Şuşa Forumunun mütəmadi təkrar ənənəyə çevrildiyini qeyd edərək başlamış, bu platformanın təkcə media sahəsinin deyil, həm də qlobal gündəmdə aktual məsələlərin dostyana mühitdə müzakirəsi üçün vacibliyini vurğulamışdır.
O, Azərbaycan mediasının milli maraqları qorumaqda və təhrif olunmuş məlumatlara qarşı faktlarla mübarizə aparmaqda göstərdiyi uğurları yüksək qiymətləndirmişdir. Media həm müdafiəçi, həm də hücumçu rolunda çıxış etməli olduğunu idman dilində “ən yaxşı müdafiə – güclü hücumdur” misalı ilə izah etmişdir.
Prezident diqqəti COP29-dakı Azərbaycan sədrliyi ilə əldə olunmuş nailiyyətlərə yönəldərək maliyyələşmənin üç dəfə artırılaraq 100 milyard dollardan 300 milyard dollara yüksəldilməsi COP çərçivəsində vacib irəliləyiş kimi qiymətləndirilmişdir.
Çıxışında cənab İlham Əliyev Azərbaycanın iqtisadi güc və inkişafına da toxunmuşdur: Xarici borcun ÜDM-ə nisbətini 6,9% səviyyəsinə endirməklə yanaşı yoxsulluq səviyyəsinin 49%-dən 5%-ə düşməsini vurğulamış, belə nəticələrin bəzi ölkələrin xəyallarında belə olmadığını demişdir.
Prezident həmçinin, Zəngəzur dəhlizi layihəsinə də diqqət yetirmişdir. Azərbaycan tərəfində inşa edilən dəmir yolunun gələn ilin yazına qədər tam istifadəyə verilməsinin planlaşdırıldığını bildirmiş və bu dəhlizin Azərbaycan–Ermənistan–İran–Türkiyə arasında yeni tranzit imkanları yaradacağını vurğulamışdır.
Bundan əlavə, cənab Prezident sülh danışıqları ilə bağlı mövqeyini açıq ifadə etmiş, Azərbaycan–Ermənistan arasında razılaşmanın yalnız mövcud qanuni məsələlərin – Konstitusiya və Minsk Qrupunun ləğv olunmasından sonra əldə oluna biləcəyini, tərəflərin razılaşmasını təsdiqlədikdə bu ilin sonunadək sülh müqaviləsinin real ola biləcəyini bildirmişdir.
Forum çərçivəsində media sahəsində desinformasiya ilə mübarizə, süni intellekt çağında medianın etibarlılıq və media savadlılığı mövzularında müzakirələr aparılmışdır. Prezident bu kontekstdə Azərbaycan mediasının bu yönümlü fəaliyyətinə və ölkənin Qlobal Cənub–Qlobal Şimal arasında körpü rolunu oynama qabiliyyətinə diqqət çəkmişdir.
Əldə olunan nəticələr göstərir ki, III Şuşa Qlobal Media Forumu Azərbaycan üçün həm media, həm də beynəlxalq platformalarda ölkənin mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm hadisə olmuşdur.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

