Region üçün çox böyük yenilik
25.07.2025 [22:21]
Dövlət başçısı İlham Əliyevin iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda çıxışı və iştirakçıların suallarına cavabı Azərbaycan həqiqətlərinin, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün zəngin mənbədir. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olundu. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi azad Qarabağ dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. Cənab İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib. Əlbəttə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir.
Region üçün perspektivlərdən bəhs edən cənab İlham Əliyev diqqəti hazırkı dövrün əsas çağırışlarından olan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması məqsədilə sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlara yönəltdi. Qeyd etdi ki, məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın. Prinsipcə məsələ budur. Buna görə də sülh sazişinin mətni razılaşdırılıb. Bu sənədin paraflanması ideyası da Azərbaycan tərəfindən irəli sürülüb. Biz sadəcə olaraq, Əbu-Dabidə baş verənləri şərh etmədik. Fikirləşdik ki, kommünikenin birgə mətni üzərində razılığa gəldiyimiz üçün şərh ediləcək heç nə yoxdur. Amma erməni tərəfi həmişə olduğu kimi, öz şərhləri ilə təfərrüatları ortaya qoymağa çalışır. Prinsipcə, biz tabutun üzərini dəmir-betonla qapatmaqdan və bundan sonra normal yaşamaqdan uzaqda deyilik: “Mən bunu əvvəlki görüşlərdə də demişəm: siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul situasiya tədricən yarana bilər ki, üç ölkə nəhayət, heç olmasa, hər hansı əməkdaşlıq imkanlarını müzakirə etməyə başlaya bilsin”.
Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması məsələləri həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Bu da region üçün çox böyük yenilik, dəyişiklik olacaq. Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq.
Azərbaycan 30 illik işğal dövründə ən yüksək tribunalardan dünyanı ikili standartlara əsaslanan siyasətə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırış etdi. Görünən bu idi ki, bəzən bu qətnamələr 1-2 saat ərzində icra edilir, Azərbaycan isə 28 il gözlədi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, özümüz bunun öhdəsindən gəlməli olduq. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etməli olduq və hazırda vəziyyət dəyişib.
Azərbaycan qalib ölkə olaraq sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifidir. Ölkəmizin beynəlxalq nüfuzu artır. Şuşa Qlobal Media Forumunun iştirakçılarının rəylərində də bu reallıq öz təsdiqini tapır. Belə tədbirlər ölkələr arasında münasibətlərin daha da yaxınlaşmasına, həqiqətlərin olduğu kimi dəyərləndirilməsinə geniş imkanlar yaradır. Cənab İlham Əliyevin Forumun müntəzəm keçirilməsi ilə bağlı təklifi də bu məqsədə xidmət edir.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25

