Bərdədə prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam edir
19.09.2013 [10:08]
Cənab İlham Əliyevin Bərdə rayonu üzrə Seçki Qərargahının üzvləri dünən növbəti görüşlərini keçiriblər
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə Seçki Qərargahının üzvləri dünən növbəti görüşlərini keçiriblər. Rayonun Şahvəlilər kəndinin mərkəzi meydanında seçicilərlə keçirilən görüşü YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən islahatlar barədə məlumat verib.
Rayon təşkilatının sədri deyib ki, son 10 il ərzində ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb: “Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu da Azərbaycan üçün tamamilə məqbuldur. Bütövlükdə, 2003-cü ildən bu günədək ölkədə bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi 5,1 faizə düşüb. Yoxsulluq 6 faizədək enib. Bu rəqəm yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir”.
Fəqət Şadlinskaya onu da əlavə edib ki, Azərbaycan vətəndaşları, o cümlədən, bərdəlilər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edir və Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər
Görüşdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlardan söhbət açıb. Millət vəkili deyib ki, Azərbaycanın sürətli inkişafının və yüksək beynəlxalq nüfuzunun fonunda toxunulması zəruri olan məsələlərdən biri də ölkəmizin rasional və praqmatik xarici siyasət kursudur: “Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Qeyd etdiyimiz kimi, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar”.
Görüşdə çıxış edən texniki elmlər doktoru Mürsəl Əliyev deyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən siyasi kurs, torpaqlarımızın sülh yolu ilə geri qaytarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən tədbirlər çox yaxın zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə olan nikbin baxışları və ümidləri daha da artırıb. Natiq, eyni zamanda, gələcək inkişafı naminə seçiciləri İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən kənd sakinləri Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə həyata keçirilən quruculuq işlərinin Bərdə də öz müsbət əksini tapdığını deyiblər. Qeyd olunub ki, bərdəlilər oktyabrın 9-də cənab İlham Əliyevə səs verəcəklər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

