YAP Gəncə şəhər təşkilatının yaradılmasının 32 illiyi münasibətilə tədbir keçirilib
24.07.2025 [16:59]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının yaradılmasının 32 illiyi münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında Ulu Öndərin büstü önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixi və şərəfli fəaliyyətindən, partiyanın Gəncə şəhər təşkilatının 32 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, bildirib ki, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edən, regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası keçdiyi şərəfli yolda ölkəmizdə gedən bütün proseslərin mərkəzində olub. Yeni Azərbaycan Partiyasının ölkəmizin hər bir uğurunda - Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasında, müstəqilliyinin möhkəmləndirilməsində, dünya miqyasında böyük hörmət və diqqət göstərilən ölkəyə çevrilməsində, bütün sahələri əhatə edən islahatlara, davamlı inkişafa, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunmasında, vətəndaş həmrəyliyinin, milli birliyin bərqərar edilməsi, ərazi bütövlüyünün təminində, işğalçılardan təmizlənmiş regionların dirçəldilməsi və nəhayət, Prezident-Xalq-Ordu birliyi kimi vacib məsələlərdə öz payı var.
YAP Gəncə şəhər təşkilatı hazırda sıralarında 69 ərazi partiya təşkilatını və 42 mindən çox üzvü birləşdirdiyini qeyd edən Bayram Aslanov onu da bildiribki, təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Ulu Öndər Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərir.
Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Adil Tağıyev müasir müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən, vurğulayıb ki, bu gün möhkəm təməl üzərində qurulan müasir müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir: “Şanlı Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Bu gün, 744 mindən çox üzvü olan YAP sıralarının gündən-günə artması, sosial bazasının daha da möhkəmlənməsi Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsidir”.
Bitki Mühafizə Elmi Tədqiqat İnstitutu, direktoru İbrahim Cəfərov, fəal gənc Fəridə Allahverdiyeva və digərləri Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətindən bəhs edərək, vurğulayıblar ki, hakim partiyaya qələbə qazandıran da xalqın partiyamızın yaradıcısı Ulu Öndər Heydər Əliyevə və onun bugünkü Sədri cənab İlham Əliyevə sonsuz inamı, etibarıdır.Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bundan sonra da yeni-yeni-yeni hədəflərə doğru inamla addımlayacaq.
Gəncə şəhərinin ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqəsi təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

