Qələbədən sonra dəyişən beynəlxalq reallıq
24.07.2025 [15:57]
Vətən müharibəsindəki Zəfərdən və Qarabağda erməni separatizminə son qoyulması nəticəsində Azərbaycan yalnız torpaqlarını geri qaytarmadı, həm də dünya siyasətində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Bu uğur beynəlxalq hüquq normalarının əməli şəkildə həyata keçirilməsinə nümunə oldu. Artıq Azərbaycanın siyasi iradəsi region miqyasında deyil, qlobal səviyyədə də qəbul edilir.
III Şuşa Qlobal Media Forumunun iştirakçılarının bu dəfə Xankəndidə bir araya gəlməsi mühüm tarixi mesaj daşıyır. Azərbaycan dünyaya səsini təkcə beynəlxalq platformalarda deyil, işğaldan azad etdiyi torpaqlarda da çatdırmaq gücünü göstərdi.
Prezident İlham Əliyevin Forumda şəxsən iştirak etməsi və dünya mediasının tanınmış simalarının suallarını birbaşa cavablandırması bir daha göstərdi ki, Azərbaycan dövləti açıq ünsiyyətə, şəffaf idarəetməyə və qlobal əməkdaşlığa önəm verir. Bu çıxış yalnız yerli vətəndaşlara deyil, həm də dünya ictimaiyyətinə ünvanlanan aydın bir mesaj idi. Azərbaycan çağdaş dövrün informasiya tələblərinə cavab verən, prinsipial mövqeyə sahib və təşəbbüslərlə çıxış edən bir ölkədir.
Prezident İlham Əliyev Forum zamanı ölkənin inkişaf strategiyasını izah edərək daxili sabitlik, təhlükəsizlik siyasəti və strateji baxışın rolunu ön plana çıxardı. Coğrafi mövqeyimizin riskləri vaxtında aşkara çıxarmaq və aradan qaldırmaq baxımından vacib üstünlüyə çevrildiyini vurğuladı.
Azərbaycan həm Avropa, həm də İslam ölkələri ilə paralel münasibətlər quraraq regionlararası dialoq üçün körpü rolunu yerinə yetirir. Xarici jurnalistlərin Xankəndidə iştirakı Azərbaycanın siyasətində şəffaflığın və açıq yanaşmanın əsas prinsiplərdən biri olduğunu təsdiqlədi.
Prezident İlham Əliyev Forum çərçivəsində Ermənistanla sülh sazişi mövzusuna da toxunaraq, bunun həyata keçirilməsi üçün Ermənistan Konstitusiyasında dəyişikliklərə və ərazi iddialarının aradan qaldırılmasına ehtiyac olduğunu bildirdi. O, ATƏT-in Minsk qrupunun artıq funksional olmadığını və ləğvinin vacib olduğunu qeyd etdi.
Azərbaycan tərəfi artıq sülh sənədinin əsas mətnində razılıq əldə edib və onun paraflanmasını təklif edib. Bu fakt Azərbaycanın səmimi şəkildə uzunmüddətli sabitliyə və regional əməkdaşlığa çalışdığını göstərir.
Prezident görüş zamanı Zəngəzur dəhlizinin region üçün yaratdığı strateji imkanlara da diqqət çəkdi. Bu layihə təkcə iqtisadi gələcək deyil, həm də bölgədə sabitlik və qarşılıqlı etimad üçün vacib platformadır. Lakin Ermənistan bu istiqamətdə hərəkətsiz qalmaqla, tranzit ölkə statusunu itirmək riski ilə üz-üzədir.
Azərbaycan öz hissəsində infrastruktur işlərini sürətlə tamamlayıb. Bu isə dövlətin planlı yanaşmasını və siyasi iradəsini aydın şəkildə nümayiş etdirir. Zəngəzur dəhlizi həm xəbərdarlıqdır, həm də əməkdaşlığa açıq dəvət.
III Şuşa Qlobal Media Forumu göstərdi ki, Azərbaycan artıq yalnız müşahidəçi deyil, qlobal proseslərə təsir edən və təşəbbüs irəli sürən aktora çevrilib. Forum ölkənin informasiya siyasətinin gücünü və yumşaq diplomatik nüfuzunu ortaya qoydu.
Azərbaycan 44 günlük müharibədən sonra yalnız hərbi güc nümayiş etdirmədi, eyni zamanda informasiya sahəsində də öz üstünlüyünü ortaya qoydu. Xankəndidə baş tutan tədbirlər sübut etdi ki, ölkəmiz müxtəlif cəbhələrdə qələbə qazanmaq gücündədir. Bu üstünlük yalnız silahlı mübarizə ilə deyil, fikirlərin və həqiqətlərin beynəlxalq arenada yayılması ilə də bağlıdır.
Tutu Kamal qızı,
YAP Zəngilan rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

