Sülh prosesinin təşəbbüskarı
23.07.2025 [20:25]
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
Dövlətimizin başçısı çıxışında belə bir mühüm tədbirin üçüncü dəfədir ki, Qarabağda keçirildiyini, Şuşa Media Forumunun artıq ənənəvi xarakter aldığını, bu ənənənin davam edəcəyinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev sualları cavablandırarkən ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 –a toxunaraq bunun, ölkəmizdə ilin tədbiri olduğunu qeyd edib. Tədbirə təxminən 200 ölkədən nümayəndənin gəldiyini, onların sırasında 70 dövlət və hökumət başçısı olduğunu diqqətə çatdırıb. Ölkə başçısı bunun, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdiyini bildirib.
Dövlətimizin başçısı çıxışında işgaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa quruculuq işlərindən bəhs edib, quruculuq işlərində Azərbaycana dəstək olan qardaş ölkələrin prezidentlərinə təşəkkürünü bildirib.
Azərbaycan ilə Çin arasındakı mövcud münasibətlərə toxunan Prezident İlham Əliyev iki ölkə arasında imzalanan sənədlər, “Strateji tərəfdaşlıq haqqında”, “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatlar” dövlətlərarası münasibətlərin ən yüksək formalarını əks etdirdiyini vurğulayıb. Ölkə başçısı əlavə edib ki, münasibətlərimiz çox möhkəmdir. Həm dövlət başçıları, həm də nazirlər səviyyəsində çox fəal siyasi dialoq aparılır. Çinin müxtəlif regionları ilə də çox sıx əməkdaşlıq qurulub. Artıq Çində Azərbaycanın bir neçə ticarət evi fəaliyyət göstərir. Bu istiqamətdə böyük perspektivlər görürük.
Dövlət başçısı həmçinin ABŞ-Azərbaycan əlaqələrinə də münasibət bildirib. Yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərininin yüksək səviyyəyə qaldıracaq mühüm hadisələrin olacağını bildirib.
Avropa İttifaqı ilə əməkdaşlqla bağlı sualı cavablandıran Prezident İlham Əliyev bildirib ki, 2021-ci ildə biz energetika sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzaladıq və o zaman biz ixracımızı 8 milyarddan 13 milyard kubmetrə qaldırdıq. “Bu gün 12 ölkəyə qaz ixrac edirik. Onların 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür”- deyən dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırdığını vurğulayıb. Planın 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaq olduğnu diqqətə çatdıran ölkə başçısı bu gün Azərbaycan 25 milyard kubmetr ixrac edirsə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcəyini söyləyib.
Prezident İlham Əliyev çıxışında Azərbaycan Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə də toxunub. Sülh müqaviləsinin mətninin artıq razılaşdırıldığını qeyd edən ölkə başçısı məhz Azərbaycanın sülh prosesinin təşəbbüskarı olduğunu diqqətə çatdırıb. Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, - həll edilən kimi sülh müqaviləsinin imzalana biləcəyini vurğulayıb.
Dövlət başçısı mətbuatımızın gələcəyi ilə bağlı sualı da cavablandırıb. Azərbaycan mediasının inkişafı onu çox sevindirdiyini, bu gün mediamızın nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazandığını bildirib. Azərbaycan mediasının dövlət maraqlarını qorumağa qadir olduğunu söyləyib. Prezident İlham Əliyev mediamızın Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə etdiyini söyləyib. Dövlət başçısı əlavə edib ki, mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir.
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15

