Şuşa Qlobal Media Forumu müasir media çağırışlarına cavab verən mühüm platformaya çevrilib
23.07.2025 [17:28]
2025-ci il iyulun 19-21-i tarixlərində Şuşa şəhərində “Rəqəmsal Yollar: Süni İntellekt Dövründə Məlumat və Media Dayanıqlığının Gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilib. Artıq üçüncü ildir ki, 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirakı ilə Şuşa şəhərində Qlobal Media Forumu təşkil olunur. Bu forum beynəlxalq səviyyəli tədbir kimi formalaşmaqla, müasir medianın qlobal çağırışlarına cavab axtarılan, açıq müzakirələrin aparıldığı mühüm bir platformaya çevrilmişdir. Şuşa Qlobal Media Forumu təkcə Azərbaycanın deyil, bütövlükdə regionun media məkanında mühüm hadisəyə çevrilmişdir. 2023-cü ildən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil olunan bu forum, qısa müddət ərzində beynəlxalq jurnalistika və media siyasəti sahəsində nüfuzlu bir platforma statusu qazanmışdır.
Prezident İlham Əliyev forumun açılışında çıxış edərək, bu tədbirin artıq bir ənənəyə çevrildiyini və gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğuladı. Prezident çıxışında Azərbaycanın iqtisadi inkişafından, xarici borcun ÜDM-in 6.9%-nə endirilməsindən və yoxsulluğun 49%-dən 5%-ə qədər azaldılmasından bəhs etdi. Forumda süni intellektin media sahəsində yaratdığı imkanlar və risklər müzakirə olundu. Prezident Əliyev, saxta xəbərlərin yayılmasının cəmiyyətə və fərdlərə ciddi təhlükə yaratdığını qeyd edərək, bu məsələnin beynəlxalq səviyyədə tənzimlənməsinin vacibliyini vurğuladı.
III Şuşa Qlobal Media Forumu bir çox baxımdan böyük tarixi və siyasi əhəmiyyətə malikdir. Həmin Forum hər şeydən öncə dövlətimizin, onun başçısının timsalında ədalətin təntənəsi, haqqın yenilməzliyinin isbatıdır. Prezident İlham Əliyevin Forum çərçivəsində müxtəlif məsələlərlə bağlı jurnalistlərin suallarına verdiyi cavablar Azərbaycanın yalnız milli maraqlarının deyil, həm də beynəlxalq hüququn, əzilən, işğala məruz qalan bütün xalqların yanında yer aldığını, dövlətimizin hər zaman haqqa, ədalətə sadiqliyini qoruyub saxladığını bir daha sübut etdi. Təkcə bir faktı qeyd edək ki, dövlətimizin başçısı Ukrayna xalqına işğalla barışmamağı, öz azadlığı, haqqı uğrunda mübarizəni sona qədər davam etdirməyi tövsiyə etdi, fikirlərini əsaslandırmaq üçün Azərbaycan xalqının keçdiyi yolu, Vətən müharibəsini xatırlatdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan 30 ilə yaxın müddətdə erməni işğalına məruz qalsa da, heç bir böyük dövlət, beynəlxalq təşkilat ona praktiki olaraq yardım etmədi. Lakin bütün bunlar Azərbaycanı ruhdan salmadı, əksinə, xalq öz mübarizəsini davam etdirdi. Nəticədə, erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin etdi. Bu baxımdan, Prezident İlham Əliyev Ukrayna xalqına da ruhdan düşməməyi və işğala qarşı mübarizəni davam etdirməyi tövsiyə etdi.
Forumda müzakirə olunan məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Bu dəhliz yalnız Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirmək deyil, həm də Çindən Avropaya uzanan Orta Dəhlizin vacib halqasına çevrilmək potensialına malikdir. Lakin qonşu dövlətin həmin layihəyə açıq müqaviməti fonunda Prezident İlham Əliyev diqqətə çatdırıb ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Azərbaycanın isə artıq multimilyardlıq nəqliyyat-logistika infrastrukturu hazırdır. Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər Beynəlxalq Ticarət Limanı, sadələşdirilmiş gömrük inzibatçılığı və rəqəmsallaşdırılmış keçid prosedurları bu prosesin dayanıqlığını təmin edir.
Prezident İlham Əliyev Forumdakı çıxışında medianın önəminə diqqət çəkməklə yanaşı, Azərbaycan mediasının, jurnalistlərin əməyini də yüksək qiymətləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan həqiqətlərinin dünyada təbliğində, dezinformasiyaların qarşısının alınmasında Azərbaycan mediası yaxından iştirak edib və böyük uğurlar əldə edib. Mediamızın lazım gələndə həm də hücum strategiyası sərgilədiyini bildirərək bundan sonra da beynəlxalq ictimai rəyin düzgün informasiya ilə təminində jurnalistlərin üzərinə böyük öhdəliklər düşdüyünü vurğuladı.
Beləliklə, III Şuşa Qlobal Media Forumu sadəcə media hadisəsi deyil, həm də Azərbaycanın qlobal informasiya gündəmində daha fəal iştirakına, Qarabağın dirçəlişini dünyaya göstərməyə, jurnalistlər üçün yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları yaratmağa yönələn tarixi hadisədir.
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

