Azərbaycan ötən 10 il ərzində böyük uğurlar əldə edib
18.09.2013 [10:48]
Yevlaxlılar Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi dəstəkləyir və oktyabrın 9-da yenidən dövlət başçısına etimad göstərəcəklər
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Yevlax rayonu üzrə seçki qərargahının üzvləri dünən rayonun Aşagı və Yuxarı Qarxun kəndlərində seçicilərlə görüş keçiriblər.
Görüşləri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən danışıb. Millət vəkili vurğulayıb ki, ötən 10 ildə ölkəmizdə iqtisadi, mədəni və sosial sahədə mühüm islahatlar həyata keçirilib, neft və qeyri-neft sektorunda yeni-yeni nailiyyətlər əldə olunub: “Mən əminəm ki, ölkəmizin daim inkişafını dəstəkləyən xalqımız oktyabrın 9-da öz doğru seçimini edəcək”.
Seçicilər qarşısında çıxış edən YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib: “Son 10 il müddətində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, xalqımız düzgün seçim edib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı, o cümlədən yevlaxlılar Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi dəstəkləyirlər və oktyabrın 9-da yenidən dövlət başçısına etimad göstərəcəklər”.
Çıxış edən YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev deyib ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da seçki mühitini ölkənin son illər ərzindəki inkişafı və bu inkişafın formalaşdırdığı ab-hava müəyyənləşdirir. “Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür və bu sabitlik Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin məqsədyönlü siyasətinin bariz nümunəsidir. Bu sabiliyin və inkişafın davam etməsi üçün mən sizləri oktyabrın 9-da cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Dünən, həmçinin, rayonun Səmədabad kəndində seçicilərlə görüş keçirilib. Görüşdə çıxış edən millət vəkili Səttar Mehbalıyev deyib ki, Prezident İlham Əliyev dünyada müsbət imici ilə tanınan nüfuzlu dövlət xadimlərindəndir. Bu uğurun təməlində dayanan səbəb isə ilk növbədə, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin səmərəliliyinin Azərbaycanın daxili və beynəlxalq nailiyyətləri qismində əksini tapmasıdır: “Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Təbii ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edən uğurlu vəhdətinin yaradılması olub”.
Öz növbəsində kəndlərin sakinləri də ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan vətəndaşları, o cümlədən yevlaxlılar Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi alternativsiz lider kimi qəbul edir və Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər.
NADİR
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22

