/ / Qusarda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü münasibətilə tədbir keçirildi
Qusarda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü münasibətilə tədbir keçirildi
15.07.2025 [15:22]
Qusar rayonunda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü münasibətilə tədbir keçirildi
Rayon İcra Hakimiyyətinin və YAP Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, digər idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, veteranlar, eləcə də partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzülmüş, Ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbiri giriş sözü ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov açaraq, 14 iyul tarixinin Azərbaycan xalqının siyasi yaddaşında mühüm bir dönüm nöqtəsi olduğunu vurğulayıb. O bildirib ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsi ilə ölkəmiz öz inkişaf tarixində yeni və şərəfli bir mərhələyə qədəm qoyub. Onun dərin zəkası, strateji baxışları və dövlətçilik təcrübəsi qısa müddət ərzində Azərbaycanı geridə qalmış sovet respublikaları sırasından öncül mövqeyə çıxarıb. Sahir Məmmədxanov qeyd edib ki, bu gün Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan Respublikası dünyada güclü və nüfuzlu dövlətlərdən biri kimi tanınır, regionda və beynəlxalq müstəvidə söz sahibi kimi çıxış edir.
Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov öz çıxışında qeyd edib ki, 14 iyul 1969-cu il tarixində Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə ölkəmizin tarixi inkişafında tamamilə yeni bir mərhələ başlandı. Sovet sisteminin sərt ideoloji çərçivələrində Azərbaycanı iqtisadi, sosial və mədəni baxımdan geridə qalmış bir bölgədən inkişaf etmiş respublikalar səviyyəsinə qaldırmaq, milli-mənəvi dəyərləri qorumaq və azərbaycançılıq ideologiyasını formalaşdırmaq yalnız fövqəladə liderlik keyfiyyətlərinə malik bir şəxsiyyətin bacaracağı iş idi. Partiya sədri çıxışında onu da qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə əsası qoyulan Yeni Azərbaycan Partiyası bu gün təkcə siyasi təşkilat deyil, eyni zamanda xalqın birliyinin, milli həmrəyliyin və dövlətə sədaqətin rəmzinə çevrilmiş böyük bir ictimai qüvvədir.
Partiya veteranı Qorxmaz Muradov öz çıxışında qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan xalqının taleyində dönüş yarandı. O, Ulu Öndərin milli-mənəvi dəyərlərin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi sahəsində misilsiz xidmətlərini vurğulayaraq, bu yolun bu gün də ölkəmizin inkişafının əsasını təşkil etdiyini bildirib.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva isə öz çıxışında Ulu Öndər Heydər Əliyev milli-mədəni irsimizin qorunmasına və inkişafına hər zaman xüsusi önəm verib, bu siyasət bu gün də uğurla davam etdirildiyi qeyd etdi. O qeyd edib ki, mədəniyyət sahəsində bölgələrdə yaradılan şərait, həyata keçirilən layihələr və yaradıcı mühitin dəstəklənməsi məhz həmin ideyaların real nəticəsidir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olundu.
Xəbər lenti
Hamısına baxHadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25

