Gəncədə şəhid övladları üçün təşkil edilən “Yay məktəbi” uğurla başa çatıb
14.07.2025 [15:49]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə iyulun 8-dən start götürən şəhid övladları üçün təşkil edilən “Yay məktəbi” uğurla başa çatıb.
“Yay məktəbi”nin ilk günu şəhid övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və pariya fəalları ilə birlikdə şəhər Şəhidlər Xiyabanına gediblər. Onlar ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət edib, xatirə şəkilləri çəkdiriblər.
Sonra şəhid övladları YAP Gəncə şəhər təşkilatının qərargahında YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovla səmimi söhbət ediblər. Söhbət zamanı Bayram Aslanov bildirib ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, onların xatirələri əziz tutulur, adları əbədiləşdirilir. Şəhid ailələri ölkə rəhbərliyinin, Ali Baş Komdandanımız, cənab Prezidentimiz İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunublar. Onların qəhrəman valideynləri 44 günlük haqq savaşında göstərdikləri dözüm və təmkin hər zaman gənc nəslə örnəg olub.
Uşaqlar valideynlərunun şəhidlikləri ilə qürur duyduqlarını fəxrlə dilə gətiriblər.
Şəhid övladları üçün “Yay məktəbi”nin proqramı müddətində şəhid övladları şəhər Heydər Əliyev Mərkəzində də olub, Ulu Öndərin abidəsini ziyarət edib, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən foto, şəxsi əşyalarla tanış olublar.
Yay məktəbi”nin üçüncü günü uşaqlar YAP Gəncə şəhər təşkilatının qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Elmar Fətəliyev ilə görüşüblər. Görüş zamanı Həsən Məmmədov uşaqlara dinimiz, onun mahiyyəti və əxlaqi dəyərləri barədə ətraflı məlumat verib. Onlara milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyəti, İslamın insanları sülhə, mərhəmətə və dürüstlüyə çağırdığı izah edib. Bu söhbət uşaqlarda həm dini biliklərini artırıb, həm də onlarda milli kimliyimizə və mənəvi irsimizə daha böyük maraq yaradıb.
Sonuncü gün isə şəhid övladları Göygöl Dövlət Təbiət Qoruğuna, Göygöl rayonu ərazisində yerləşən “Xan yurdu” yaylaq düşərgəsinə ekskursiya ediblər.
Layihənin həyata keçirildiyi günlər ərzində uşaqlar “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Regional filialının əməkdaşları tərəfindən aparılan təlimlərdə iştirak edib, uğur qazanmağın, özgüvənli olmağın sirləri barədə müzakirələr aparıb, oyunlar oynayıblar. Qəhrəman şəhidlərimizin övladları böyük ekranda maraqlı filmə tamaşa ediblər.
Qeyd edək ki, “Yay məktəbi”nin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, onların vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53

