Şabran seçiciləri İlhamla irəli deyir
17.09.2013 [10:07]
İlk tədbirlər rayonun Düzbilici və Xəlfələr kəndlərində keçirilib
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Şabran rayonu üzrə Seçki Qərargahı sentyabrın 16-dan təbliğat-təşviqat kampaniyasına start verib.
Belə ki, ilk tədbirlər rayonun Düzbilici və Xəlfələr kəndlərində keçirilib. Tədbirləri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirib ki Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub: “Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Biz şabranlılar Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi məhz bu liderlik xüsusiyyətlərinə görə, dəstəkləyir və Ona etimad göstəririk”.
Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov son illərdə ölkədə görülən işlər haqqında danışıb. Millət vəkili bildirib ki, ötən müddət ərzində atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir: “Ümumiyyətlə, sosialyönümlü iqtisadiyyatı respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən biri kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin keçmiş Sovet dövründən qalma əmanətlərin qaytarılması haqqında imzaladığı Fərmanı da həmin tendensiyanın bariz göstəricilərindəndir.
Onu da qeyd edək ki, son 10 il ərzində 1 milyon 180 min yeni iş yeri açılıb. Bu ilin altı ayında isə 55 min iş yeri yaradılıb ki, onlardan 45 mini daimi iş yeridir.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Ona görə də, hər bir azərbaycanlı bu inkişafın davamlı olması üçün cənab Prezidentə səs verməlidir”.
Öz növbəsində görüşlərdə çıxış edən kənd sakinləri Mirbağır Bağırov (Xəlfələr kəndi), Füzuli Məmmədov (Düzbilici kəndi) və Nicabət Daşdiyeva bildiriblər ki, ölkəmizdə aparılan nəhəng quruculuq işlərinin davam etdirilməsinin, yeni-yeni yaşayış məskənlərinin salınmasının, yolların, körpülərin inşasının, iqtisadiyyatımızın, mədəniyyətimizin, bir sözlə, bütün həyatımızın tərəqqisinin bir yolu var: “Bu yol İlham Əliyevə bir daha xalq sevgisi və inamını ifadə etməklə oktyabrın 9-da Onun namizədliyinin dəstəklənməsi ilə seçilən yoldur”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

