Azərbaycan və Özbəkistan regional sabitlik və inkişaf üçün birlikdə çalışan iki dost dövlətdir
04.07.2025 [17:04]
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir. Lakin bu gün iki dövlətin liderləri arasında yüksək səviyyəli qarşılıqlı anlaşma heç də az əhəmiyyət kəsb etmir. Onların münasibətləri, əldə olunan nəticələr, həqiqətən də qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Belə bir əməkdaşlıq isə artan geosiyasi turbulentlik şəraitində hər iki ölkə üçün əsas rol oynayır.
Azərbaycan ilə Özbəkistan arasında formalaşan dostluq və qardaşlıq münasibətləri təkcə ortaq tarix və mədəni köklərə deyil, eyni zamanda dərin etimada və qarşılıqlı faydaya əsaslanan iqtisadi əməkdaşlığa söykənir. Bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində həyata keçirilən birgə layihələr xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə də pambıqçılıq və ipəkçilik kimi ənənəvi, lakin eyni zamanda müasir texnologiyaların tətbiqi ilə yenidən canlanan sahələrdə Özbək dostlarımızın göstərdiyi məsləhət yardımları və sərmayə dəstəyi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı onu böyük hörmət və səmimiyyətlə qarşılayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki ölkə arasında dostluğun və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha vurğulamışdır. Səfər çərçivəsində keçirilən görüş və danışıqlarda iqtisadi, siyasi, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu olmuşdur. Prezidentlər arasında aparılan danışıqlar nəticəsində bir sıra mühüm sənədlər imzalanmışdır. Bunlara ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, enerji sahəsində ortaq layihələrin həyata keçirilməsi və kənd təsərrüfatında təcrübə mübadiləsi daxildir. Xüsusi ilə iki ölkənin beynəlxalq və regional təşkilatlarda bir-birini dəstəkləməsi məsələləri də diqqət mərkəzində olmuşdur. Azərbaycan və Özbəkistan dövlətləri arasında münasibətlər 1995-ci ildən diplomatik əlaqələrin qurulması ilə başlanmış və zamanla dərin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki ölkənin qədim tarix və mədəniyyətə malik olması münasibətlərin möhkəm təməlini qoymuşdur. Müstəqillik illərində bu dost dövlətlər yeni formalaşan beynəlxalq sistemdə bir-birini dəstəkləyərək siyasi-iqtisadi inkişaflarını əməkdaşlıq yolu ilə təmin etməyə yönəlmişdir. Ötən müddət ərzində bir çox yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrin daha da genişlənməsinə təkan vermişdir. Azərbaycan və Özbəkistan Asiyadan Avropaya doğru şaxələndirilmiş nəqliyyat infrastrukturu yaratmaq üçün birgə çalışır. Bu çərçivədə Orta Dəhliz layihəsi nəqliyyat və logistika sahəsində regionu birləşdirən əsas körpüyə çevrilir. Yeni nəqliyyat marşrutlarının açılması dövlətlərarası tranzit potensialını artırır və regional iqtisadi inteqrasiyanın möhkəmlənməsinə təkan verir. Avtomobil yollarının yenilənməsi və hava nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq iki ölkənin beynəlxalq əlaqələrində müstəsna rol oynayır. Bu sahədə əməkdaşlıq eləcə də Çinlə Avropa arasında ticarət dəhlizlərinin təkmilləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd edib ki, hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və əməkdaşlıq edir: “Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”. Səfərin nəticələri göstərdi ki, Azərbaycan və Özbəkistan yalnız iqtisadi tərəfdaş deyil, həm də regional sabitlik və inkişaf üçün birlikdə çalışan iki dost dövlətdir. Prezident İlham Əliyevin bu səfəri əlaqələrin daha da dərinləşməsinə, yeni perspektivlərin açılmasına imkan yaratdı.
Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

