“8 Noyabr” stansiyası: milli enerji sistemində yeni güc mərkəzi
30.06.2025 [13:25]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji tarixində mühüm mərhələni təşkil edir. Bu mühüm infrastruktur layihəsi enerji təhlükəsizliyinin təmin olunması, ixrac potensialının artırılması və regional əməkdaşlığın gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Son 20 ildə Azərbaycanın enerji sisteminin əsaslı şəkildə yenidən qurulması ölkənin milli inkişaf strategiyasının ən vacib istiqamətlərindən biri olub. Bu dövrdə respublikamızın müxtəlif bölgələrində müasir elektrik stansiyaları tikilib, köhnəlmiş infrastruktur yenilənib. Xüsusilə Mingəçevirdə aparılan yenidənqurma işləri nəticəsində şəhər təkcə ölkənin deyil, bütün Cənubi Qafqazın enerji mərkəzinə çevrilib. “8 Noyabr” stansiyası 1880 meqavat generasiya gücü ilə ölkənin ən iri elektrik stansiyası olmaqla, Azərbaycan enerji sisteminin səmərəliliyini artırmaqda və enerji istehsalının təbii qaz sərfiyyatını azaltmaqda önəmli rol oynayacaq.
Mingəçevirin enerji tarixindəki əhəmiyyəti yalnız indiki dövrlə məhdudlaşmır. 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur. Həmin dönəm üçün böyük bir nailiyyət olan bu layihə sovet məkanında mühüm bir enerji mərkəzi yaradılması demək idi. Bu stansiya müstəqilliyin ilk illərində Azərbaycanın elektrik təchizatında mühüm rol oynamış, ölkənin energetik sabitliyinin qorunmasında həlledici olmuşdur.
“8 Noyabr” stansiyasının tikintisi həm mühəndislik, həm də zaman baxımından rekord göstərici sayılır. Prezident İlham Əliyev çıxışında bu faktı xüsusi vurğulayaraq bildirib ki, sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamışdır və birinci blok 1981-ci ildə istismara verilmişdir: “Yəni, yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı”.
Enerji resurslarının istehsalı və təhlükəsiz şəkildə ötürülməsi müasir dövrdə yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi və milli təhlükəsizlik məsələsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir. Xüsusilə təbii qaz ixracı sahəsində 12 ölkəyə qaz ötürən Azərbaycan Pan-Avropa qaz təchizatçısı statusunu qazanıb.
Enerji təhlükəsizliyi ilə bağlı bu inkişafın önəmi, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı daha da aydın şəkildə özünü göstərib. Ermənistanın o dövrdə Mingəçeviri raket atəşinə tutması, ölkənin enerji infrastrukturunu hədəfə alması Azərbaycanın enerji sisteminin strateji əhəmiyyətini ortaya qoyub. Bu baxımdan “8 Noyabr” stansiyası həm də sabitliyin təzahürü kimi çıxış edir.
“8 Noyabr” layihəsinin həyata keçirilməsində İtaliya və Çin şirkətlərinin iştirak etməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq strategiyasının uğurlu nəticəsidir. Dövlətimizin başçısı çıxışında bu ölkələrlə imzalanmış strateji tərəfdaşlıq bəyannamələrini, səfərlər çərçivəsində əldə edilən razılaşmaları vurğulayaraq, bu tərəfdaşlığın energetika, ticarət və texnoloji sahələrə təsirini ön plana çəkib. Çin şirkətləri bu gün Azərbaycanda günəş elektrik stansiyalarının əsas təchizatçılarındandır. Eyni zamanda, imzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər ölkəmizə 6500 meqavat yaşıl enerji verəcəkdir.
Stansiyanın adının “8 Noyabr” qoyulması təsadüfi deyil. “8 Noyabr” adı həm qəhrəmanlıq tariximizin enerji simvoluna çevrilməsini təmin edir, həm də müasir Azərbaycanın gücünü, iradəsini və inkişafını təcəssüm etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, bizim şanlı Zəfərimizin tarixidir: “Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq”.
“8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycan üçün enerji təhlükəsizliyi, iqtisadi inkişaf və beynəlxalq tərəfdaşlıqda yeni bir mərhələnin başlanğıcıdır. Bu stansiya həm iqtisadi, həm də siyasi məna daşıyır. Dövlətimizin güclü enerji infrastrukturu ölkənin regional liderliyini möhkəmləndirir, xalqın rifahını artırır və sabitliyə xidmət edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50

