15 İyun – Qurtuluş Günü: Dövlətçiliyimizin Xilası, Xalqın Nicat Günü
15.06.2025 [17:11]
Tarix hər zaman ədalətlidir. Xalqların həyatında elə anlar olur ki, bu anlar yalnız bir gün, bir qərar, bir dönüş nöqtəsi olmaqla qalmır – bir xalqın taleyini dəyişir, onun gələcəyini müəyyən edir. Azərbaycanın müasir tarixində 15 İyun 1993-cü il – Qurtuluş Günü məhz belə bir gün oldu.
1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövləti öz tarixinin ən mürəkkəb və təhlükəli dövrünü yaşayırdı. Dövlət idarəçiliyi zəif, siyasi xaos dərin, iqtisadi vəziyyət bərbad, cəmiyyət isə ümidsiz idi. Torpaqlar işğal altına düşmüş, qanunsuz silahlı dəstələr respublikanın müxtəlif bölgələrində separatizmə rəvac vermişdi. Parlament meydan savaşı, dövlət strukturları isə səriştəsiz insanların oyuncağına çevrilmişdi. Belə bir dövrdə dövlətin varlığı, xalqın birliyi, müstəqilliyin qorunması real təhlükə altına düşmüşdü.
Amma xalqın yaddaşında bir lider, bir ümid ünvanı vardı – Heydər Əliyev.
O, artıq sovet dövründə özünü güclü dövlət xadimi, strateji düşüncəli rəhbər, xalqını qoruyan lider kimi təsdiq etmişdi. Məhz buna görə idi ki, Azərbaycan uçuruma yuvarlandığı bir vaxtda xalqın və ictimai-siyasi qüvvələrin təkidli tələbi ilə Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya dəvət olundu. Tarixin ironiyası idi ki, illərlə dövlət idarəçiliyindən kənarlaşdırılan bu dahi şəxsiyyət indi milli qurtuluşun yeganə alternativi olaraq xalqın ümidinə çevrilmişdi.
15 İyun 1993-cü il tarixində Milli Məclisin iclasında Prezident səlahiyyətləri rəsmi olaraq Heydər Əliyevə verildi. Bu qərar Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Xaosun qarşısı alındı, vətəndaş qarşıdurmasının sonu qoyuldu, dövlətin təməli yenidən möhkəmləndirildi. Məhz bu tarixdən sonra Azərbaycanın dövlətçilik ənənələri bərpa olundu, hüquqi, siyasi və iqtisadi islahatlara start verildi.
Heydər Əliyev çox qısa müddətdə sübut etdi ki, dövlətin xilası yalnız vətən sevgisi ilə deyil, böyük siyasi iradə, zəngin təcrübə və qətiyyətli liderliklə mümkündür. O, idarəetməyə sivil siyasi mədəniyyət gətirdi, parlamenti debat meydanına çevirdi, qeyri-peşəkar və avantürist siyasətçiləri məsuliyyətli kadrlara əvəz etdi. Azərbaycanı yenidən ayağa qaldırdı.
Onun həyata keçirdiyi neft strategiyası, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, ölkənin enerji müstəqilliyini təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və iqtisadi gücə çevrilməsinə zəmin yaratdı. Yeni Konstitusiyanın qəbulu, dövlət institutlarının formalaşdırılması və xarici siyasətdə balanslı kurs ölkənin mövqeyini daha da möhkəmləndirdi.
Bu gün Azərbaycan regionun lider dövlətidir, torpaqları işğaldan azad olunub, siyasi və iqtisadi sabitlik təmin edilib. Bütün bu uğurların təməlində isə 1993-cü ilin 15 İyunu – Qurtuluş Günü durur. Bu gün yalnız təqvimdə bir tarix deyil – xalqın dövlətinə sahib çıxmasının, bir liderin xalqı ilə birləşərək tarixi dəyişməsinin simvoludur.
Qurtuluş Günü – müstəqil Azərbaycan dövlətçiliyinin yenidən doğuluşudur. Hər bir vətəndaş üçün bu gün bir dərsdir: Dərs odur ki, dövlətçilik məsuliyyətdir, liderlik isə sadəcə iradə deyil – bilik, təcrübə, xalqın etimadı və sonsuz vətən sevgisidir. Bu böyük tarixi bizə bəxş edən Ümummilli Lider Heydər Əliyevin irsi bu gün də Azərbaycanı işıqlı gələcəyə aparan əsas yol xəritəsidir.
Abbas Pənahov,
YAP Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

