Enerji siyasətində yeni çağ
05.06.2025 [21:42]
Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində dünyada söz sahibinə və güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Dövlət başçısının yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycanının uzun illərdir ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuza malik olduğunu göstərməklə yanaşı, etibarlı tərəfdaşlığını da sübut edir.
İyunun 2-də Bakı şəhəri növbəti dəfə Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinə ev sahibliyi etdi.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edən ölkə başçısı vacib nüanslara toxundu.
Ölkə başçısı çıxışında Azərbaycanın enerji sektorunda keçdiyi inkişaf yoluna toxunaraq xatırlatdı ki, “Caspian Oil and Gas” sərgisi 1994-cü ildə, yəni “Əsrin müqaviləsi”nin imzalanmasından əvvəl təşkil olunmuşdu. Bu, Azərbaycanın beynəlxalq enerji bazarına daxil olmasının başlanğıcı idi. İlham Əliyev həmin dövrdə ulu öndər Heydər Əliyevin liderliyi ilə atılan addımların bu gün Azərbaycanın enerji diplomatiyasının əsasını təşkil etdiyini vurğuladı.
“Əsrin müqaviləsi” və sonrakı dövrlərdə reallaşdırılan transmilli layihələr — Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur layihələri — Azərbaycanın enerji ixracatçısı kimi rolunu möhkəmləndirdi. Prezident İlham Əliyev çıxışında bu layihələrin siyasi, iqtisadi və geostrateji əhəmiyyətinə xüsusi diqqət ayırdı.
Dövlətimizin başçısı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola da xüsusi yer ayırdı. Cənub Qaz Dəhlizi layihəsinin təkcə Azərbaycan üçün deyil, həm də Avropa İttifaqı ölkələri üçün strateji əhəmiyyət daşıdığını qeyd etdi. Bu kontekstdə Azərbaycan qazının artıq 8 Avropa ölkəsinə ixrac edilməsi və bu coğrafiyanın genişlənməsi planları müzakirə olundu.
O bildirdi ki, Azərbaycan qarşıdakı illərdə qaz ixracını daha da artırmaq niyyətindədir və bu istiqamətdə tərəfdaş ölkələrlə texniki və siyasi danışıqlar davam edir. Azərbaycanın Avropanın enerji bazarına uzunmüddətli və etibarlı tərəfdaş kimi daxil olduğu bir daha təsdiqləndi.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “Baku Energy Forum” artıq regional deyil, qlobal səviyyəli bir platformaya çevrilib. Forumda dünyanın 30-dan çox ölkəsindən nümayəndələrin, enerji şirkətlərinin rəhbərlərinin və dövlət rəsmilərinin iştirakı Azərbaycanın beynəlxalq enerji dialoqunda mərkəzi rolda olduğunu sübut edir.
Azərbaycanın həmən tədbir çərçivəsində yeni investisiya müqavilələri və tərəfdaşlıq razılaşmalarını imzalaması, enerji texnologiyalarının transferi, dayanıqlı inkişaf və enerji səmərəliliyi sahəsində yeni əməkdaşlıqların bünövrəsinin qoyulması da qeyd olunmağa dəyər məqamlardandır.
Bir sözlə, Prezident İlham Əliyevin çıxışı, bir daha göstərdi ki, enerji siyasəti yalnız iqtisadi strategiya deyil, həm də uğurlu diplomatiyanın və milli inkişafın əsas təməl sütunudur. Azərbaycanın enerji sahəsindəki uğurları təkcə daxili resursların idarə olunması ilə deyil, həm də uzaqgörən siyasi kurs, etibarlı tərəfdaşlıq və çevik geosiyasi manevrlərlə bağlıdır.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

