Azərbaycan beynəlxalq tədbirlərin uğurlu keçirildiyi məkana çevrilib!
04.06.2025 [19:12]
Azərbaycanda hər il keçirilən “Baku Energy Week” (Bakı Enerji Həftəsi) beynəlxalq müstəvidə böyük maraqla qarşılanır. Sayca 30-cu olan bu tədbir hər il bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir. Eyni zamanda, dünyanın aparıcı ölkələrinin liderlərinin, beynəlxalq qurumların rəhbərlərinin ünvanladıqları məktublar da onların bu tədbirə vacib əhəmiyyət verdiklərini göstərir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın qazandığı böyük uğurlardan biri də Avropanın enerji təminatında mühüm rol oynamasıdır. Ölkəmizin gələcək uğurlarının zəmanəti olan qlobal enerji layihələri bu gün Avropanın enerji xəritəsini tamamilə dəyişib. Açıq dənizlərə çıxışa malik olmasa da, ölkəmiz artıq mühüm nəqliyyat-tranzit şəbəkəsini yaradıb. Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz kəməri çəkməklə yeni rekordlara imza atıb. Əlbəttə ki, bütün bunlar dünyanın geosiyasi və geoiqtisadi gündəmini düzgün qiymətləndirən, tam müstəqil siyasət yürüdərək sözünün sahibi, etibarlı tərəfdaş olduğunu isbatlayan cənab Prezident İlham Əliyevin qlobal təşəbbüsləri sayəsində reallaşıb. 1994-cü ildə ilk Xəzər Neft və Qaz Sərgisinin təşkili Azərbaycanın enerji sahəsində beynəlxalq arenaya çıxışının başlanğıcı olub. Həmin ilin sentyabrında imzalanmış və “Əsrin müqaviləsi” adını almış beynəlxalq neft sazişi iqtisadi əhəmiyyət kəsb etməklə yanaşı, qlobal arenada Azərbaycanın nüfuzunu artıran, dövlətimizin müstəqil enerji siyasətinin əsasını təşkil edən sənəd kimi tarixə düşüb. Bu müqavilə transmilli enerji şirkətləri ilə uzunmüddətli əməkdaşlığa şərait yaradıb.
Cənab Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində vurğulayıb ki, bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin baxışı sayəsində mümkün oldu: “O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı”. Həyata keçirilən transmilli enerji layihələri ölkəni regionun və bütövlükdə Avrasiyanın enerji təhlükəsizliyində həlledici aktora çevirib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşan bu layihələr həm də beynəlxalq əməkdaşlıq və enerji diplomatiyasının unikal nümunələridir. Uğurlu enerji strategiyası sayəsində Azərbaycan hazırda 12 ölkəyə qaz ixrac edir. Bu amillər isə təkcə enerji ticarəti deyil, həm də regional təhlükəsizlik və sabitliyin təminatına böyük töhfə verir. Prezident İlham Əliyev çıxışında bu prosesin əsas mərhələlərini diqqətə çatdıraraq bildirib ki, biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik: “Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır”. Ənənəvi enerji resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan son illər bərpaolunan enerji mənbələrinin inkişafını prioritet istiqamətə çevirib. 2030-cu ilə qədər 6,5 giqavat həcmində yaşıl enerji istehsalı hədəflənib.Bu məqsədə nail olmaq üçün artıq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çin şirkətləri ilə müvafiq sazişlər imzalanıb. Yaşıl enerji strategiyası həm ölkənin enerji balansını optimallaşdırmağa, həm də ətraf mühitin mühafizəsinə töhfə verməyə yönəlib. Nəticədə bərpaolunan enerji vasitəsilə əldə olunacaq elektrik enerjisi daxili tələbatı təmin edəcəkdir. Bu faktorlar Azərbaycanın həm ekoloji, həm də kommersiya baxımından daha dayanıqlı enerji modeli qurmaq istiqamətində irəliləyişini göstərir.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra onun iqtisadi gücünün yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirildi. Belə tədbirlər dövlətin sərhədləri xaricində də maraqla qarşılanırdı və bu maraq dünyanın iri dövlətlərinin diqqətini Azərbaycana yönəldirdi. İqtisadi inkişaf həm də neft sənayesi ilə bağlı idi, dünyanın inkişaf etmiş dövlətləri Azərbaycanla böyük beynəlxalq neft müqavilələri imzalayırdı. Azərbaycanda Bakı Ekspo Mərkəzinin yaradılması da, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi də, “Baku Energy Forum”u da belə iqtisadi əlaqələrdəndir. Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də cənab Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır - Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib.
Elşən Əzizov,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

