Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!
03.06.2025 [13:30]
Laçında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan Zirvə görüşü yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də böyük rezonans doğurdu. Bu görüşün Laçında keçirilməsi həm region, həm də dünya üçün böyük əhəmiyyətli bir mesajdır.
Pakistan coğrafi cəhətdən uzaq olsa da, siyasi, mədəni, mənəvi, hərbi və müdafiə baxımından bizə, həmçinin Türkiyəyə çox yaxındır. Hər üç dövlətin liderlərinin iştirakı ilə keçirilən bu görüş dünyaya sülhün, dostluğun, qardaşlığın əyani nümunəsini göstərməkdədir. Bu birlik, yaxınlıq və dostluq quruculuğa, inkişafa, sülhə xidmət etdiyini bir daha təsdiqləmiş oldu. İqtisadiyyat, müdafiə, nəqliyyat, ticarət, turizm, kənd təsərrüfatı və digər mühüm sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bu görüşdə bir daha vurğulandı. Hər üç liderin çıxışlarında dövlətlərimiz və xalqlarımız arasında olan bağları daha da möhkəmləndirməyin zəruriliyi xüsusi qeyd olundu.
Prezident İlham Əliyev Zirvə görüşündə həmçinin 1918-ci ilin 28 May tarixində yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi roluna diqqət çəkdi. Qərbi Zəngəzurun 1920-ci ilin noyabrında Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi və müstəqilliyimizin itirilməsi tarixi yaddaşda yaşadılır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan, qarşısına çıxan bütün çətinliklərə baxmayaraq, öz torpaqlarını geri qaytarmağı bacardı. 44 günlük müharibə nəticəsində ölkənin ərazi bütövlüyü, 2023-cü ilin sentyabrında isə suverenliyi tam bərpa olundu.
Laçında keçirilən Zirvə görüşündə çıxış edən Prezident Rəcəb Tayyib Erdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq qeyd etdi ki, Laçın görüşü Türk dünyasının gücünü və birliyini bir daha dünyaya nümayiş etdirir.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Laçında belə bir mühüm tədbirdə iştirak etməyin onun üçün böyük şərəf olduğunu bildirdi. O, Azərbaycanın 30 illik işğala son qoyaraq Qarabağı azad etməsini böyük tarixi uğur kimi dəyərləndirdi, şəhidlərin xatirəsini andı, qazilərə salamlarını çatdırdı, onlara Vətən müharibəsində göstərdikləri böyük şücaət və qəhrəmanlıqlara görə təşəkkürünü bildirdi.
Bizim gücümüz birliyimizdədir. Qələbə bizimlədir və həmişə bizimlə olacaq.
Ağaverdi Əliverdiyev,
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

